Mərkəzimizdə gənclərin maarifləndirilməsi,asudə vaxtlarının səmərəli keçirilməsi, biliklərinin artırılması məqsədi ilə bir sıra kurslar fəaliyyət göstərir.

Xarici dil kursu - 2017- ci ildən Masallı rayon Heydər Əliyev Mərkəzində fəaliyyət göstərir. Kursda İngilis dili tədris olunur. İngilis dili dərsləri ən müasir səviyyədə yeni texnologiyalarla keçirilir. Kurs həftədə 3 dəfə ( I- III- V günlər ) 2 saat olmaqla keçirilir. Kursu bitirənlər müvafiq sertifikatlarla təmin olunur.Müddəti 1 ildir. Kursun müəllimi Əliyeva Ruhiyyə Vidadi qızı

Kompyuter kursu - 2015- ci ildən Masallı rayon Heydər Əliyev Mərkəzində fəaliyyət göstərir. Kursda "Microsoft Office Word", "Microsoft Office PowerPoint", "Microsoft Office Excel" və s. proqramlar tədris olunur. Kursun müddəti üç aydır. Kursu bitirənlər müvafiq sertifkatlarla təltif olunur. Komputer kursu həftədə 2 dəfə ( III- VI günlər ) 2 qrup olmaqla keçirilir. Ödənişlidir. Hal - hazırda 26 üzvü vardır. Müddəti 3 aydır. Kursun müəllimi Bağırov Nəsib Abdulla oğlu