Müasir Azərbaycan gəncinin elmi - ictimai siyasi dünyagörüşünün formalaşması günün vacib məsələsidir. Bu istiqamətdə Heydər Əliyev Mərkəzlərinin müstəsna rolu vardır. Mərkəzimizdə gənclərin maarifləndirilməsi,asudə vaxtlarının səmərəli keçirilməsi, biliklərinin artırılması məqsədi ilə bir sıra dərnəklər fəaliyyət göstərir.

Milli rəqs dərnəyi - 2014-cü ilin oktyabr ayından Masallı rayon Heydər Əliyev Mərkəzində fəaliyyətə başlamışdır. Burada uşaqlara rəqs sənətinin əsasları - düzgün durmağı, əllərin düzgün tutulmağı və səhnədə hərəkət etmək öyrədilir. Azərbaycan Milli rəqs sənətinin quruluşları kütləvi olduğu üçün uşaqlar komanda şəklində rəqs edirlər. Milli rəqs dərnəyinin üzvləri Mərkəzimizdə eləcə də rayonumuzda keçirilən tədbirlərdə öz bacarıqlarını peşəkarlıqla nümayiş etdirirlər. Rəqs dərnəyi həftədə 2 dəfə ( III - V günlər ) 2 qrup olmaqla, I - ci qrup saat 14:00-dan 15:00 - a kimi, II - ci qrup isə 15:00-dan 16:00- a kimi keçirilir.Ödənişlidir. Hal-hazırda 35 üzvü vardır. Dərnəyin müəllimi Xoreoqraf Babayev Gündüz Rövşən oğlu.

Rəsm dərnəyi - 2018-ci ilin mart ayından Masallı rayon Heydər Əliyev Mərkəzində fəaliyyət göstərir. Burada uşaqlara rəsm sənətinin və rənglərin sirləri öyrədilir. Uşaqların özünü əks etdirməsi və hadisələr haqqında duyğu və düşüncələrini ifadə etməsində rəsmlərin böyük rolu var. Mərkəzimizdə mütamadi olaraq Rəsm dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgilər təşkil olunur. Rəsm dərnəyi həftədə 2 dəfə ( II - IV günlər ) saat 14:30 - dan 17:00-a kimi keçirilir. Dərnəyin müəllimi Ağayeva Yeganə Nizami qızı

Xalq sənətkarlığı - Mərkəzin Xalq Sənətkarlığı dərnəyi 2014-cü ildən Masallı rayon Heydər Əliyev Mərkəzində fəaliyyət göstərir. Burada yeniyetmə və gənc qızlar qədim və müasir xalçaçılıq sənətini, toxuculuq sənətinin sirlərini böyük maraqla öyrənirlər. Hal - hazırda dərnəyin 8 üzvü vardır. Dərnək üzvləri tərəfindən müxtəlif ölçülü kiçik xalça və əl işləri toxunulur.Dərnək həftədə 2 dəfə ( II - IV günlər ) saat 15:00-dan 17:00- a kimi keçirilir. Dərnəyin müəllimi Abuzərova Tünzalə Ramazan qızı