Ermənistan təcavüzünün nəticələri

Ermənistan təcavüzünün nəticələri

Qarabağ müharibəsində 5 min nəfərə yaxın Masallı sakini iştirak etmişdir. Onlardan 153 nəfəri şəhid olub, 30 nəfəri itkin düşmüş, 500 nəfərdən çoxu yaralanmışdır.Onlardan 4 nəfəri - Səfəralı Məmmədov, Elşad Hüseynov, Elşad Əhədov və Səfa Axundov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.3 nəfər Masallı döyüşçüsünə Azərbaycan Bayrağı ordeni verilmişdir.

Şəhidlərimiz

Məmmədov Səfəralı Qurban oğlu (1963 - 1992)

Məmmədov Səfəralı Qurban oğlu Masallı rayonunun Sərçuvar kəndində dünyaya göz açmışdır.1981 – ci ildə orta məktəbi bitirmiş,həmin il hərbi xidmətə çağırılmışdı.1983 – cü ildə Krosnovodsk şəhərində hərbi xidmətini başa vurmuşdur. Hərbi xidmətdən sonra Krosnovodsk şəhər DİŞ –nin yanında müəssisədənkənar mühafizə şöbəsində gözətçi işləmiş,sonra milis nəfəri vəzifəsinə qəbul edilmişdi.1988 – 1990 –cı illərdə N.K.Rizayev adına xüsusi orta milis məktəbində oxumuşdu.Həmin məktəbin kursantı ikən Qarabağ hadisələri ilə əlaqədar qaynar nöqtələrə ezam olunmuş,ictimai asayişin mühafizəsində,dinc əhalinin təhlükəsizliyinin təmin olunmasında fəal iştirak etmişdi.1990 – cı ilin sentyabr ayında Ağdam Rayon Daxili İşlər Şöbəsinin post – patrul batalyonunda tağım komandiri vəzifəsində fəaliyyətini davam etdirmişdi.Polis kapitanı idi.1991 – ci ilin oktyabr ayında “Polisdə əla xidmətinə görə” döş nişanı ilə təltif olunmuşdu.1992 – ci il fevral ayının 16-da erməni quldurlarının mühasirəsində olan Xocavənd rayonunun Qaradağlı kənd sakinlərini xilas edərkən komandir olduğu tağım minayə düşmüşdü.Azərbaycan xalqının igid,qorxmaz oğlu Səfəralı Məmmədov da xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına həlak olmuşdu.S.Məmmədov ölümündən sonra “Azərbaycanın Miili Qəhrəmanı” adına layiq görülmüşdür.Oxuduğu Sərçuvar kənd orta məktəbi onun adını daşıyır.Masallı və Ağdam şəhərlərindəki mərkəzi küçələrdən birinə onun adı verilmişdir.Şair R.Rzayev Səfərəli Məmmədovun əziz xatirəsinə poema həsr etmişdir.Subay idi.

Hüseynov Elşad Eynulla oğlu (1960 - 1992)

Hüseynov Elşad Eynulla oğlu 1960 – cı ildə Masallı rayonunun Xıl kəndində anadan olmuşdur.1978 – ci ildə orta məktəbi bitirmiş,1979 –1981 – ci illərdə hərbi xidmətdə olmuşdur.Hərbi xidməti başa vurduqdan sonra Bakının Səbayel rayon DİŞ – si yanında mühafizə şöbəsində polis nəfəri işləmişdir.1986 -1989 – cu illərdə H.K.Rzayev adına Bakı Xüsusi Orta Polis məktəbində oxumuşdur.Torpaqlarımızın erməni quldurları tərəfindən işğal edilməsinə,xalqımızın namusunun ,qeyrətinin tapdalanmasına dözməyən Elşad Hüseynov tez- tez qaynar nöqtələrdə olur,böyük fədakarlıq ,igidlik göstərirdi.E.Hüseynov Füzulinin ,Tərtərin ona yaxın kəndinin ermənilərdən azad edilməsində yaxından iştirak etmişdi.Döyüş dostları Elşadın hər an qəhrəmanlığının şahidi olurdular.1992 – ci il iyun ayının 15 – də Əsgəran rayonunun Fərrux kəndi uğrunda gedən qanlı vuruşma zamanı qəfil atılan erməni gülləsi E.Hüseynovdan yan keçmədi.O,Vətən yolunda qəhrəmancasına həlak oldu.Xalqımızın qeyrətli,igid,vətənpərvər oğlu öz şərəfli ölümü ilə şəhidlik zirvəsinə ucaldı.Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992 – ci il tarixli fərmanı ilə Elşad Eynulla oğlu Hüseynov “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.Ailəli idi.Üç qızı var.

Əhədov Elşad Saday oğlu (1968 – 1993)

Əhədov Elşad Saday oğlu Masallı rayonunun Təzə - Alvadı kəndində anadan olmuşdur. 1975 – 1982 – ci illərdə Təzə Alvadı kənd 1 nömrəli orta məktəbində,1982 – 1985 – ci illərdə Naxçıvanski adına hərbi məktəbdə təhsil almışdır.Sonra Ukraynanın Kemenç – Podolsk Ali Komandirlər Məktəbində təhsilini davam etdirmişdi.1989 – cu ildə həmin məktəbi bitirərək Voloqda vilayətində yerləşən “N” hərbi hissəsində rota komandiri təyin olunmuşdu.Hərbi xidmətini başa vurduqdan sonra vətənə qayıdıb.Onu əvvəlcə Güzdək qəsəbəsində yerləşən “N” hərbi hissəsinə,sonradan isə Lənkəranda yerləşən “N” hərbi hissəsinə rota komandiri təyin ediblər.Elşad Daşburun,Nərgiztəpə,Aşağı Veysəlli,Şişqaya,Qızıltəpə uğrunda gedən gərgin döyüşlərdə ön cəbhədə vuruşmuşdu.O, Ağdam yüksəkliyinin alınması əməliyyatında bilavasitə iştirakçısı və təşkilatçısı olmuşdu.Onun rotası düşmən mühasirəsini yarmış,əks hücum əməliyyatını bacarıqla təşkil etmiş və nəticədə Ağdam yüksəkliyini geri almışlar.Bu zaman Elşad Əhədov müstəsna igidlik və mərdlik göstərərək qəhrəmancasına həlak olmuşdu.O, “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülmüşdür.O həm də Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 1993 – cü il tarixli fərmanı ilə ölümündən sonra “Azərbaycan bayrağı” ordeni ilə də təltif edilmişdir.Təzə Alvadı kənd 1 nömrəli orta məktəb onun adını daşıyır.Evli idi.Bir qızı var.

Masallı rayonu üzrə şəhid statusu almış vətəndaşların adları

  1. Abbasov Rafail Təvəkkül oğlu 1972 Masallı H.Aslanov-24
  2. Abuşov Məhəmməd Əlinağı oğlu 1973 Təzə Alvadı k.
  3. Ağayev Yavər Balaxan oğlu 1974 Bala Təklə k.
  4. Aslanov Nadir Ənvər oğlu 1971 Miyankü k.
  5. Abdullayev Mürüvvət Əli oğlu 1974 Bambaşı k.
  6. Ağayev Rəşid Yusif oğlu 1975 Qarğalıq k.
  7. Abbasov Şahin Vəli oğlu 1971 Qızılağac k.
  8. Ağayev Ələddin Bahaddin oğlu 1975 Ərkivan k.
  9. Abbasov Fəadail Abbas oğlu 1974 Xırmandalı k.

10.Abbasov Vüqar Xeyrulla oğlu 1975 Alışanlı k.

11. Abbasov Ehtiram Heybət oğlu 1974 Mahmudavar k.

12. Alışov Nahid Güəli oğlu 1975 Binə Xocavar k.

13.Ağayev Rasim Həsənağa oğlu 1975 Ətçələr k.

14. Ağayev Rüstəm Ramazan oğlu 1970 Məmmədoba k.

15. Abbasov Mehdi Bayram oğlu 1975 Qarğalıq k.

16. Ağaverdiyev Cəmil Nurulla oğlu 1997 Güllütəpə k.

17. Babayev Qüdrət Sarıbala oğlu 1974 Mahmudavar k.

18. Baxışov Rahim Şahgəldi oğlu 1973 Qarğalıq k.

19.Bünyadov Mahir Yadulla oğlu 1973 Ərkivan k.

20. Bayramov Qismət İlyas oğlu 1962 Bambaşı k.

21.Bağırov Əlvan Ramazan oğlu 1973 Ərkivan k.

22. Belim Yevgeniy Nokolayeviç 1970 Kalinovka k.

23. Bəşirov Elşəni Dənizxan oğlu 1973 Təklə k.

24. Baxşıyev Altay Xanəli oğlu 1973 B/Kolatan k.

25. Bədəlov Qalib Kitabəli oğlu 1973 Ərkivan k.

26. Bağəliyev Zakir Cəbrayıl oğlu 1974 Kalinovka k.

27. Baxışov Nizami Mirzəcan oğlu 1965 Xanalian k.

28. Vəliyev Ədalət Hidayət oğlu 1973 Qarğalıq k.

29. Qulamov Davud Allahman oğlu 1956 Bədəlan k.

30.Qarayev Elşən Rəhman oğlu 1970 Xallıcallı k.

31. Qarayev Məmməd Ağabala oğlu 1973 Təklə k.

32. Qasımov Cavanşir Beytulla oğlu 1974 Bambaşı k.

33. Qurbanov Arzuman Mirzəli oğlu 1974 Rüdəkanar k.

34. Qəmbərov Sayıq Şıxəli oğlu 1969 Xırmandalı k.

35. Qasımov Rüstəm Qənimət oğlu 1975 Xırmandalı k.

36. Quliyev Cəbi Sübhan oğlu 1962 Gəyəçöl k.

37. Qurbanov Laçın Sabir oğlu 1975 Qızılağac k.

38. Dəmirov Firudin Əlibala oğlu 1968 Təklə k.

39. Eynullayev Əlizadə Abdulla oğlu 1975 Gəyəçöl k.

40. Əlihəsənov Rafiq Vəliəhəd oğlu 1969 Masallı, Fizuli-114.

41. Əziziov Ramiz İdris oğlu 1956 Yeddioymaq k.

42. Əsgərov Əliqasım Hüsi oğlu 1965 Köhnə Alvadı k.

43.Əliyev Mircəlil Seyidağa oğlu 1974 Ərkivan k.

44. Əliyev Şərafət Əlihəsən oğlu 1963 Əhmədli k.

45. Əliyev Niyaməddin Məmməd oğlu 1973 Boradigah k.

46. Əhədov Elşad Saday oğlu 1960 Təzə Alvadı k.

47. Əkbərov Natiq Xosrov oğlu 1973 Şatıroba k.

48. Əziziov Emil Əbil oğlu 1975 Binə Xicavar k.

49. Əliyev Rasim Ağababa oğlu 1971 Masallı, H.Aslanov

50.Əliyev Fizuli Əmrah oğlu 1973 Şərəfə k.

51. Əliyev Ənvər Səlim oğlu 1974 Tüklə k.

52. Əliyev Şöhrət Fazil oğlu 1973 Türkoba k.

53. Əsədullayev Elnur Aydın oğlu 1975 Masallı

54. Hüseynov Elşad Eynulla oğlu 1960 Xıl k.

55. Həsənov Fuad Sərhəd oğlu 1973 Təklə k.

56.Hacıyev Seyran Əliyoldaş oğlu 1971 Kalinovka k.

57.Həsənov Nicat Xıdır oğlu 1973 Gəyəçöl k.

58.Hüseynov Bahəddin Süleyman oğlu 1973 Gəyəçöl k.

59.Hacıyev Müqəddəs Vəlişan oğlu 1974 Ərəb k.

60.Həsənov Hakim Cəmilağa oğlu 1974 Qasımlı k.

61.Həsənov Kamran Gülverdi oğlu 1973 Bədəlan k.

62. Həsənov Zöhrab Məmmədxan oğlu 1974 Köhnə Alvadı k.

63. Heybətov Elşən Əliabbas oğlu 1975 Qızlavar k.

64.Həsənov Etibar Feyruz oğlu 1975 Miyankü k.

65.Hüseynov Səttar Muxtar oğlu 1975 Şatıroba k.

66.Həşimov Seymur Qulu oğlu 1975 Səmidxan k.

67.Zeynalov Zeynal Əli oğlu 1972 Hacıtəpə k.

68.İbayev Mərdan Qardaş oğlu 1977 Şərəfə k.

69.İbadov Əli İbad oğlu 1974 Tüklə k.

70.İsmayılov Mübariz Əli oğlu 1972 Əhmədli k.

71.İsayev Elşad Yaşar oğlu 1974 Gəyəçöl k.

72. İsmayılov Qəhrəman Həmzə oğlu 1973 Şərəfə k.

73. İsmayılov Arzuman Əlizamin oğlu 1974 Yeyənkənd k.

74. İbrahimov Şirvan Oruc oğlu 1975 Ərkivan k.

75. Yaqubov Ceyhun Sabir oğlu 1974 Köçəkli k.

76. Kazımov Cəlal Abuzər oğlu 1973 Qodman k.

77. Kərimov Valeh Qulamhüseyn oğlu 1962 Şərəfə k.

78. Mehbalıyev Vaqif Nəsir oğlu 1960 Kalinovka k.

79. Mehbalıyev Nazim Nadir oğlu 1960 Kalinovka k.

80. Mirzəyev Əfqan Tərlan oğlu 1973 Qızılavar k.

81. Məmmədov Xıdır Məmmədqulu oğlu 1973 Xırmandalı k.

82. Məmmədov Qeysər Heybət oğlu 1974 Boradigah k.

83. Məmmədov Bəyalı İlyas oğlu 1972 Xocavar k.

84. Məmmədov Ətrafil Mürüvvət oğlu 1973 Öncəqala k.

85. Məmmədov Hafiz Həmdulla oğlu 1974 Məmmədxanlı k.

86. Mehdiyev Söhrab Əliş oğlu 1973 Tüklə k.

87. Mehdiyev Sərxan Əsgər oğlu 1975 Tüklə k.

88. Musayev Murad Qurbanəli oğlu 1975 Təklə k.

89. Məmmədov Səfərəli Qurban oğlu 1963 Sərçuvar k.

90. Nəcəfov Zahir Zülfüqar oğlu 1973 Ərkivan k.

91. Nəbiyev Rövşən Sahib oğlu 1969 Təzəkənd k.

92. Nağıyev İnqilab Şabala oğlu 1974 Boradigah q.

93. Nuriyev Bəşir Nuru oğlu 1972 Binə Xocavar k.

94. Nəhmətov Məmməd Həsən oğlu 1974 Mahmudavar k.

95. Orucov Natiq Əliyar oğlu 1973 Şıxlar k.

96. Paşazadə Siyavuş Əziz oğlu 1974 Gəyəçöl k.

97. Paşayev Fərasət Qubad oğlu 1973 Boradigah q.

98. Rəhimov Sərhəddin Babulla oğlu 1973 Köçəkli k.

99. Rufullayev Rahil Rufulla oğlu 1971 Qarğalıq k.

100. Rzayev Fizuli Əlibala oğlu 1973 Kalinovka k.

101. Rəsulov Teymur Vəliağa oğlu 1973 Mahmudavar k.

102. Rzayev Simran Siyab oğlu 1973 Kolatan k.

103. Soltanov Hünər Musa oğlu 1974 Həsənli k.

104. Səfərov Abbas Ərəstun oğlu 1974 Xırmandalı k.

105. Sadıqov Həbib Tapdıq oğlu 1962 Eminli k.

106. Səmədov Məmmədağa Cəbrayıl oğlu 1963 Qodman k.

107. Suciyev Hikmət Şalı oğlu 1975 Kolatan k.

108. Səmədov Niyaz İsabala oğlu 1975 Sirəbil k.

109. Səbziyev Rufulla Xanqulu oğlu 1975 Sığdaş k.

110. Səfərov Elnur Şahbaz oğlu 1975 Ərkivan q.

111. Talıbov Şaiq Tahir oğlu 1975 Ərkivan q.

112. Tağıyev Fariz Zülfüqar oğlu 1974 Xırmandalı k.

113. Tağıyev Nəsib Qərib oğlu 1975 Bədalan k.

114. Tağıyev Sahib Abusalam oğlu 1974 Masallı. Digah k.

115. Fərzullayev Arif Eynulla oğlu 1965 Bədalan k.

116. Fərəcov Siyasət Hüseyn oğlu 1975 Mahmudavar k.

117. Xəlilov Sübhan Malik oğlu 1969 Qızılağac k.

118. Xəlilov Hüsaməddin Xəlil oğlu 1961 Şərəfə k.

119. Xanmuradov Azad Şikar oğlu 1974 Qızılağac k.

120. Xancarov Fayəddin Həsənağa oğlu 1975 Musakücə k.

121. Xanverdiyev Rəsul Balağa oğlu 1975 Tüklə k.

122. Xamiyev Eldar Sahib oğlu 1975 Hişkədərə k.

123. Cabbarov Əhliman Muğdad oğlu 1974 Qızılağac k.

124. Cavadov Zəfər Əliheseyn oğlu 1974 Boradigah q.

125. Şiriyev Bəxtiyar Qurbanəli oğlu 1973 Boradigah q.

126. Şıxəliyev Elşən Nadir oğlu 1973 Mollaoba k.

127. Şirəliyev Raci Qafil oğlu 1975 Səmidxan k.

128. Şükürov Faiq Xubəli oğlu 1973 Lürən k.

129. Əliyev İlqar Hidayət oğlu 1973 Boradigah q.

130. İsmayılov Vasif Süleyman oğlu 1974 Tüklə k.

131. Mehdiyev Yaşar Ramazan oğlu Masallı. Digah

132. Həşimov Qabil Mirzə oğlu 1974 Tüklə k.

133. Xudaverdiyev Taleh Yusif 1974 Masallı.Təklə

134. Eyvazov Elşən Gülağa oğlu 1973 Sərçuvar k.

135. Cabbarov Əlifağa Əliağa oğlu 1974 Yeddioymaq

136. Eyvazov Cəmil İsmayıl oğlu 1974 Yeyənkənd

137. Məlikov Amil Əliheydər oğlu 1967 Hacıtəpə k.

138. Rəhimov Coşqun Hakim oğlu 1973 Musakücə k.

139. Gənciyev Bəxtiyar Gənci oğlu 1973 Bədəlan k.

140. Hüseynov Telman Mirzə oğlu 1973 Şıxlar k.

141. Teymurov Nəbi Yavər oğlu 1974 Ərkivan q.

142. Əliyev Əliqəmə Fəzzal oğlu 1975 Sığdaş k.

143. Məmmədov Anar Cavad oğlu 1972 Türkoba k.

144. Tağıyev Naib Təyyar oğlu 1965 Kolatan k.

145. Ələsgərov Zaur Əsgər oğlu 1975 Xırmandalı

146. Abbasov Zakir Vəliəhəd oğlu 1975 Bədəlan k.

147. Qasımov Əbil Yusif oğlu 1972 Kolatan k.

148. Gözəlov Güləsgər Qafur oğlu 1966 Ərkivan q.

149. Əliyev Vüqar Hidayət oğlu 1973 Hişkədərə k

150.Firdovsi Bağırzadə 1996 Yardımlı Bərcan k.

151.Nurlan Bayram oğlu Əsgərov 1995 Masallı kalinovka k.

152.Aqil Məlikov 1990 Böyük Xocavar k.