Lerik Rayonunda 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə əlaqədar anım mərasimi

Lerik Rayonunda 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə  əlaqədar  anım mərasimi

Lerik Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə təsdiq edilmiş “20 Yanvar faciəsinin otuzuncu ildönümünün keçirilməsinə dair Lerik Rayon İcra Hakimiyyətinin tədbirlər planı”na uyğun olaraq rayon məktəblərində, idarə, təşkilat və müəssisələrdə 20 yanvar şəhidlərinin xatirəsini yad etmək məqsəd ilə silsilə tədbirlər keçirilmişdir.
20 yanvar 2020-ci il tarixində keçirilən ümumrayon anım mərasimində rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov, Milli Məclisin deputatı İqbal Məmmədov, rayonun hüquq mühafizə orqanlarının, idarə təşkilat və müəssisələrin kollektivləri, ağsaqqallar və ictimaiyyətin nümayəndələri, məktəblilər “Şəhidlər” abidə kompleksinin önündə tər gül-çiçək dəstələri düzərək faciə qurbanlarının xatirəsini ehtiramla yad etdilər.
Anım mərasimində Lerik şəhər 1 saylı texniki fənlər təmayüllü liseyin şagirdlərinin ifasında ədəbi bədii kompozisiya nümayiş etdirildi.
Saat 12:00-da rayon ərazisində şəhidlərin xatirəsi bir dəqiqlik sükutla yad edildi.