"Nəsimi - 650" şeir müsabiqəsinin Lerik rayonu üzrə seçim turu

"Nəsimi - 650" şeir müsabiqəsinin Lerik rayonu üzrə  seçim turu

12 iyun 2019- cu il tarixində Lerik Rayon Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası Lerik Rayon Təşkilatının, rayon Təhsil Şöbəsinin və Lənkəran Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş orta məktəblərin XI sinif şagirdlərinin arasında bədii qiraət müsabiqəsinin seçim turu keçirildi.

Müsabiqədə rayonun 20 ümumtəhsil məktəbinin finalçıları iştirak etdilər. Şagirdlər Nəsiminin qəzəllərini həzin musiqi sədaları altında ifa edərək yarışmaya xüsusi rəng qatdılar. Münsiflər məktəbli qiraətçilərin qəzəl ifalarını qiymətləndirdilər.

Müsabiqədə ilk 3 yeri tutan şagirdlər - Lərmərud kənd tam orta məktəbinin XI sinif şagirdi Ləman Xanışova, şəhər 3 saylı tam orta məktəbin XI sinif şagirdi Kənan Seyfullazadə və şəhər 1 saylı texniki fənlər təmayüllü liseyin XI sinif şagirdi Niyazi Vəliməmmədov respublika birinciliyinə vəsiqə qazandılar.