Muzey

Muzey 25 iyun 2010-cu il tarixindən fəaliyyət göstərir. Muzey 11 bölmədən ibarətdir. 10 bölmə Ümummilli Lider Heydər Əliyevin həyatını və zəngin siyasi irsinin müxtəlif dövrlərini əks etdirən fotoşəkillərin və məlumatların yer aldığı stenddən və 1 bölmə isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Lerik rayonuna olan səfərlərini əks etdirən bölmədir. Muzey həftənin 6 (altı) günü işləyir. Həftənin istirahət günü - bazar günüdür.

Lerik rayon Heydər Əliyev Mərkəzi rəsmi fəaliyyətə başladığı gündən mütəmadi olaraq Lerik sakinlərinin və şəhərimizin qonaqlarının istifadəsindədir. Muzey zalında Ulu Öndər Heydər Əliyevin büstü qoyulmuşdur. Mərkəzdə Ümummilli Lider Heydər Əliyevin fəaliyyətinə həsr olunan bölmələrdə Ulu Öndərin uşaqlıq və gənclik dövrlərini, 1969-1982-ci illərdə respublikamızın sosial-iqtisadi inkişafı ilə bağlı gördüyü işləri, 1993-cü ildə xalqımızın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra ölkəmizin ictimai-siyasi, sosial və mədəni həyatındakı quruculuq işlərini əks etdirən ekspozisiyada 189 ədəd muzey əşyası nümayiş etdirilir :

138 ədəd foto şəkil, 49 ədəd sənəd, 1 ədəd Ulu Öndər Heydər Əliyevin “Büstü”, 12 şüşə lövhədən ibarət Ulu Öndər Heydər Əliyevin dəyərli fikirləri, 1 şüşə lövhədən ibarət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının dəyərli fikirləri, 1 ədəd “Bakı 2015 – Avropa oyunlarının” açılış mərasimində istifadə olunan “Çıraq”.

Qiymətli eksponatlar arasında Ümummilli Lideri Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi müxtəlif illərdə geniş ictimaiyyətin nümayəndələri, əmək adamları ilə görüşlərini eks etdirən fotolar nümayiş olunur.