Qalereya

Ekspozisiya zalı 11 bölmədən ibarətdir. 10 bölmə Ümummilli Lider Heydər Əliyevin həyatını və zəngin siyasi irsinin müxtəlif dövrlərini əks etdirən fotoşəkillərin və məlumatların yer aldığı stenddən və 1 bölmə isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Lerik rayonuna olan səfərlərini əks etdirən stenddən ibarətdir.

Ekspozisiyada 202 ədəd muzey əşyası nümayiş etdirilir : 138 ədəd şəkil, 49 ədəd sənəd, 1 ədəd Ulu Öndər Heydər Əliyevin “Büstü”, 12 şüşə lövhədən ibarət Ulu Öndər Heydər Əliyevin dəyərli fikirləri, 1 şüşə lövhədən ibarət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının dəyərli fikirləri, 1 ədəd “Bakı 2015 – Avropa oyunlarının” açılış mərasimində istifadə olunan “Çıraq”.

Birinci bölmədə nümayiş edilən foto və sənədlər Ulu öndər Heydər Əliyevin uşaqlıq və gənclik dövrünü əhatə edir.

İkinci bölmə Ümummilli lider Heydər Əliyevin Dövlət Təhlükəsizlik orqanlarında çalışdığı dövrləri ( 1944 - 1969 - cu illər) əhatə edən foto və sənədlərdən ibarətdir.

Üçüncü bölmədə Heydər Əliyevin Azərbaycana ilk rəhbərlik etdiyi dövrü ( 1969-1982 - ci illər) əhatə edən eksponatlar nümayiş etdirilir.

Dördüncü bölmədə Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edildikdən sonra bu vəzifədə işləyərkən SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrində gördüyü işləri əks etdirən eksponatlar sərgilənir.

Beşinci bölmədə Yeni Azərbaycan Partiyasının iclas və qurultaylarında Ulu öndərin çıxışlarını və Yeni Azərbaycan Partiyası üzvləri ilə görüşlərini əks etdirən fotoşəkillər yerləşir.

Altıncı bölmədə Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən Bakıya qayıdışı, birinci və ikinci Prezidentlik dövründə həyata keçirdiyi islahatlardan bəhs olunur.

Yeddinci bölmədə Heydər Əliyevin neft strategiyası, "Əsrin müqaviləsi" nin imzalanması barədə fotoşəkillər və sənədlər yerləşir.

Səkkizinci bölmədə Heydər Əliyevin ordu quruculuğu sahəsində gördüyü işlər öz əksini tapmışdır.

Doqquzuncu bölmədə Ulu öndərimizin xarici siyasət prioritetləri və bir sıra vacib beynəlxalq təşkilatlarda çıxışları zamanı çəkilmiş fotoları öz əksini tapmışdır.

Onuncu bölmədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Lerikə tarixi səfərləri ( 2005 - cı il, 2006 - cı il və 2010 -cu il) barədə fotoşəkillər nümayiş etdirilir.

On birinci bölmədə Heydər Əliyevin bir sıra görkəmli mədəniyyət xadimləri ilə görüşləri zamanı çəkilən fotolar öz əksini tapmışdır.