Lerik Rayon Heydər Əliyev Mərkəzində "Xocalı soyqırımının 28 - ci ildönümü" ilə əlaqədar tarix dərsi

Lerik Rayon Heydər Əliyev Mərkəzində "Xocalı soyqırımının 28 - ci ildönümü" ilə əlaqədar tarix dərsi

Lerik Rayon İcra Hakimiyyəti başçısının 2020 - ci il 7 fevral tarixli 28 nömrəli sərəncamına əsasən Lerik Rayon Heydər Əliyev Mərkəzi və Lerik Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə "Xocalı soyqırımının 28 - ci ildönümü" ilə əlaqədar tarix dərsi keçirildi.. 24 fevral 2020 - ci il tarixində Heydər Əliyev Mərkəzində şəhər 1 saylı, 2 saylı və İnteqrasiya təlimli internat tipli gimnaziyanın yuxarı sinif şagirdlərinin iştirakı ilə "Ümummilli lider Heydər Əliyev tərəfindən Xocalı soyqırımına siyasi qiymətin verilməsi" mövzusunda tarix dərsi keçirildi. Dərsdən öncə şagirdlər Ulu öndərin həyat və fəaliyyətindən bəhs edən eksponatlarla tanış oldular. Mərkəzin bələdçisi şagirdlərə ətraflı məlumat verdi. Tarix dərsini mərkəzin əməkdaşı Bahar Mürsəliyeva tədris etdi. Mövzu barədə şagirdlərə ətraflı məlumat verərək, XX əsrin ən dəhşətli faciəsi barədə geniş çıxış etdi.