Beynəlxalq Gənclər Gününə həsr olunmuş tədbir

Beynəlxalq Gənclər Gününə həsr olunmuş tədbir

11 avqust 2019-cu il tarixində Lerik Rayon Gənclər və İdman İdarəsinin və Lerik Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 12 avqust Beynəlxalq Gənclər Gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Rayon Gənclər İdman idarəsinin rəisi Natiq İsaqov və Mərkəzin direktoru Hüsaməddin Abbasov "Beynəlxalq gənclər günü " münasibətilə gəncləri təbrik etdilər. Daha sonra gənclər arasında Nə? Harada? Nə zaman? intellektual oyunu üzrə Lerik rayon açıq birinciliyi keçirildi. Yarışda SƏHAL, ZUVAND, KAPITAL BANK və AYSBERQ komandaları iştirak etdilər. Gərgin mübarizə şəraitində keçən yarışda I yeri Mondigah kəndini təmsil edən SƏHAL komandası, II yeri ZUVAND, III yeri isə KAPITAL BANK komandası tutdu.