Ordu sıralarından tərxis olunmuş gənclərlə görüş

Ordu sıralarından tərxis olunmuş gənclərlə görüş

17 iyul 2019-cü il tarixdə Heydər Əliyev Mərkəzində Lerik rayon Gənclər və İdman İdarəsinin və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.1.11. bəndinin icrası ilə əlaqədar ordu sıralarından tərxis olunmuş gənclərlə görüş keçirilmişdir.
Tədbirdə Lerik rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq İsaqov və SHXÇDX-nin Lerik rayon şöbəsinin əməkdaşları iştirak etmişlər. Tədbiri giriş sözü ilə açan Lerik rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq İsaqov çıxış edərək tərxis olunmuş gəncləri hərbi xidmətlərini şərəflə başa vuraraq öz doğmalarının yanına sağ-salamat qayıtması münasibətilə təbrik edib, dövlət müstəqilliyinin qorunmasında, eyni zamanda, gənclərin bir şəxsiyyət kimi formalaşmasında milli ordumuzun əhəmiyyətindən söz açıb, ölkəmizin təhlükəsizliyi və müdafiəsinin təminində Azərbaycan Ordusunun müstəsna rolundan danışıb.
Tədbirin sonunda gənclərə idarənin fəxri fərmanları təqdim olunmuşdur.