Ümummilli lider Heydər Əliyevin vəfatının 18-ci ildönümü ilə bağlı tarix dərslərinə start verilmişdir

Ümummilli  lider Heydər Əliyevin vəfatının 18-ci ildönümü ilə bağlı tarix dərslərinə start verilmişdir
01 dekabr 2021-ci il tarixində Lerik Rayon Heydər Əliyev Mərkəzində Lerik Rayon Təhsil Şöbəsinin, Heydər Əliyev Mərkəzinin və GİKM-in Lerik nümayəndəliyinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin vəfatının 18-ci ildönümü ilə bağlı tarix dərslərinə start verilmişdir. İlk dərs Lerik şəhər İnternat tipli İnteqrasiya təlimli gimnaziyanın IX, X, XI sinif şagirdləri ilə baş tutdu. Dərsdən öncə şagirdlər Mərkəzdə sərgilənən Zəfər tariximizə həsr edilmiş rəsm nümunələrinə baxış keçirdilər. Tarix dərsini GİKM-in Lerik nümayəndəliyinin direktoru Ayfər Şakirli tədris etdi. Ulu öndərin həyat və fəaliyyətindən, siyasi irsindən ətraflı bəhs edərək şagirdlərin suallarını cavblandırdı. Daha sonra şagirdlərə Heydər Əliyevlə bağlı qısametrajlı film nümayiş edildi. Mərkəzin əməkdaşı Bahar Mürsəliyeva məktəbliləri Ulu Öndərin zəngin siyasi irsindən bəhs edən eksponatlarla tanış etdi. Dərsdə mövcud sanitar epidemioloji qaydalara riayət edilmişdir.