Lerikdə “Narkomaniya ilə barışma! Region gənclərinin zərərli vərdişlərlə mübariz sahəsində maarifləndirilməsi” layihəsinin növbəti təlimi keçirilib

Lerikdə “Narkomaniya ilə barışma! Region gənclərinin zərərli vərdişlərlə mübariz sahəsində maarifləndirilməsi” layihəsinin növbəti təlimi keçirilib

26 Noyabr 2021-ci ildə Lerik şəhərində “Tərəqqi” Gəncliyin İnkişafı İctimai Birliyi tərəfindən “Narkomaniya ilə barışma! Region gənclərinin zərərli vərdişlərlə mübariz sahəsində maarifləndirilməsi” layihəsinin növbəti təlimi keçirilib. Layihə Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə “Tərəqqi” Gəncliyin İnkişafı İctimai Birliyi tərəfindən həyata keçirilir. Layihənin müddəti üç ay olmaqla 01 oktyabr – 30 dekabr 2021-ci il tarixləri əhatə edir. Təlim Lerik Rayon Heydər Əliyev Mərkəzininn texniki-təşkilati dəstəyi, 20 nəfər gəncin iştirakı ilə, sanitar-epidemioloji vəziyyətə uyğun gigiyenik normalara əməl etməklə keçirilib. Təlim zamanı iştirakçılara narkomaniya və narkotik vasitlər nədir? Narkomaniyanın potensial qurbanları – risk qrupları, narkomaniyanını sosial fəsadları, narkomaniya ilə mübarizədə profilaktik tədbirlər, narkomaniya və qanunvericilik, Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının (2021-ci ilin 9 ayı) cari hesabatı mövzularında məlumatlar verilmişdir, video-roliklər nümayiş etdirilərək-iştirakçlarla birgə müzakirələr aparılıb. Təlim sosial ekspert Afiq Məlikov tərəfindən idarə olunub. Təlimin sonunda iştirakçılara sertifikatlar və xatirə hədiyyələri təqdim edilib.