Zəfər Günü münasibəti ilə “Nə?, Harada?, Nə vaxt?” adlı intellektual oyunu keçirildi

Zəfər Günü münasibəti ilə  “Nə?, Harada?, Nə vaxt?” adlı intellektual oyunu keçirildi
Lerik Rayon Heydər Əliyev Mərkəzinin və Lerik rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə 12 oktyabr 2021-ci il tarixində “08 noyabr – Zəfər Günü” münasibəti ilə Lerik rayon ümumtəhsil məktəblərinin VII-XI sinif şagirdlərindən təşkil olunmuş komandalar arasında “Nə?, Harada?, Nə vaxt?” adlı intellektual oyunu keçirildi. Yarışda 4 komanda - Lerik şəhər 2 nömrəli tam orta məktəbindən "Düşüncə" komandası, Cəngəmiran kənd tam orta məktəbindən "Cəngi" komandası, Günəşli kənd tam orta məktəbindən "Günəşli" komandası, Mastayıl kənd tam orta məktəbindən "Zəfər-Mastayıl" komandası iştirak edirdi.