"Zəfər çələngi" adlı fərdi yaradıcılıq sərgisi keçirilmişdir

"Zəfər çələngi" adlı fərdi yaradıcılıq sərgisi  keçirilmişdir

07 sentyabr 2021-ci il tarixində Lerik Rayon Heydər Əliyev Mərkəzində Lerik Dövlət Rəsm Qalereyasının və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə gənc rəssam, Bakı şəhəri, Şəhid Arif Vəliyev adına 258 saylı tam orta məktəbin 10-cu sinif şagirdi İsayev Ayxan Elşən oğlunun 44 günlük Vətən müharibəsində Şəhidlik zirvəsinə ucalan lerikli igidlərə həsr etdiyi dekorativ-tətbiqi sənət nümunələrindən ibarət sərgi keçirilmişdir. "Zəfər çələngi " adlı fərdi sərgidə məktəbli rəssamın 46 Şəhidimizə həsr olunmuş əsərləri nümayiş etdirildi. Mərkəzin direktoru Hüsaməddin Abbasov təşkil olunmuş sərgi barədə ətraflı məlumat verərək gənc rəssama fəaliyyətində uğurlar arzuladı. Daha sonra rəssamın əl işləri şəhid ailələrinə təqdim edildi. Sonda Ayxan İsayev diplomla təltif edildi.