Lerik Rayon Heydər Əliyev Mərkəzində kitab təqdimetmə mərasimi keçirilmişdir

Lerik Rayon Heydər Əliyev Mərkəzində kitab təqdimetmə mərasimi keçirilmişdir

03 avqust 2021-ci il tarixində Lerik Rayon Heydər Əliyev Mərkəzində yazıçı publisist Gülsüm Adilqızının qələmə aldığı "Şəhidlik zirvəsinin fatehləri", "Murad ömrü", "Vətən salnaməsinin qəhrəmanları" kitablarının təqdimetmə mərasimi keçirilmişdir. Tədbirdə Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova, Şəhid ailələrinin üzvləri, Vətən müharibəsi iştirakçıları, ictimaiyyət nümayəndələri iştirak edirdilər. Tədbiri giriş sözü ilə Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov açaraq yazıçı publisist Gülsüm Adilqızının yaradıcılığı haqqında məlumat vermiş, yazıçının Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda mübarizədən, Şəhidlik zirvəsinə ucalan igidlərimizdən bəhs edən 28 kitab müəllifi olduğunu qeyd etmişdir. Sonra Gülsüm xanım kitablardan Heydər Əliyev Mərkəzinə və Mərkəzi Kitabxanaya hədiyyə etmişdir.