Ulu öndər Heydər Əliyev irsinə səyahət

Ulu öndər Heydər Əliyev irsinə səyahət

Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrində təşkil olunmuş “Yay məktəbi” layihəsi çərçivəsində 25 iyun 2021 - ci il tarixində şagirdlərin Lerik Rayon Heydər Əliyev Mərkəzinə və Bayraq Muzeyinə növbəti ekskursiyaları baş tutdu. Mərkəzin əməkdaşları Bahar Mürsəliyeva və Elnurə Əliyeva şagirdlərə Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən eksponatlar barəsində ətraflı məlumat verərək onları marağlandıran sualları cavablandırdı. Şagirdlər daha sonra Bayraq Muzeyindəki eksponatlarla tanış oldular.