Ulu öndər Heydər Əliyev irsinə səyahət

Ulu öndər Heydər Əliyev irsinə səyahət

Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrində təşkil olunmuş “Yay məktəbi” layihəsi çərçivəsində 23 iyun 2021 - ci il tarixində Lerik Rayon Kitabəli Həmidov adına kənd tam orta məktəb, Lerik Rayon Əbülfəs Məmmədov adına Mastail kənd tam orta məktəbin və Lerik şəhər Malik Bağışov adına 3 saylı tam orta məktəbin müəllim və şagirdləri Lerik Rayon Heydər Əliyev Mərkəzi və Bayraq Muzeyində oldular. Mərkəzin əməkdaşı Bahar Mürsəliyeva şagirdlərə Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən eksponatlar barəsində ətraflı məlumat verərək onları marağlandıran sualları cavablandırdı. Şagirdlər daha sonra Bayraq Muzeyindəki eksponatlarla tanış oldular.