Ulu öndər Heydər Əliyev irsinə səyahət

 Ulu öndər Heydər Əliyev irsinə səyahət

Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrində təşkil olunmuş “Yay məktəbi” layihəsi çərçivəsində 17 iyun 2021 - ci il tarixində Lerik rayonu Livədirqə kənd tam orta məktəbinin şagirdləri Lerik Rayon Heydər Əliyev Mərkəzi və Bayraq Muzeyində oldular. Mərkəzin əməkdaşı Bahar Mürsəliyeva şagirdlərə Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən eksponatlar barəsində ətraflı məlumat verərək onları marağlandıran sualları cavablandırdı. Şagirdlər daha sonra Bayraq Muzeyindəki eksponatlarla tanış oldular.