Ulu öndər Heydər Əliyev irsinə səyahət

Ulu öndər Heydər Əliyev irsinə səyahət
4 iyun 2021 - ci il tarixində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lerik nümayəndəliyi tərəfindən Lerik şəhər 3 saylı məktəbin şagirdləri üçün Lerik Rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edildi. Mərkəzin əməkdaşı Bahar Mürsəliyeva şagirdlərə Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən eksponatlar barədə ətraflı məlumat verdi. Ekskursiyanın təşkil edilməsində məqsəd gənclərə azərbaycançılıq məfkurəsinin və Heydər Əliyev ideologiyasının aşılanmasıdır.