"Tarixi yazmış bir tale” adlı videotəqdimatlardan ibarət respublika müsabiqəsi” mövzusunda vebinar təşkil olunub.

"Tarixi yazmış bir tale” adlı videotəqdimatlardan ibarət respublika müsabiqəsi” mövzusunda vebinar təşkil olunub.


Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi distant rejimində müxtəlif səpkili tədbirlər təşkil etməyə davam edir.
Belə ki, bir müddət öncə Mərkəz tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ictimai-siyasi fəaliyyətini özündə təcəssüm etdirən “Tarixi yazmış bir tale” adlı videotəqdimatlardan ibarət respublika müsabiqəsinə start verilmişdir.
Şəhər (rayon) Heydər Əliyev mərkəzlərində çalışan elmi işçilərin iştirakı ilə keçirilən müsabiqə görkəmli dövlət və ictimai xadim Heydər Əliyevin dövlətçilik, fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliğ olunmasına xidmət edir.
Müsabiqə rəqəmsal formatda təşkil eildiyindən müsabiqəyə videotəqdimatların qəbul vaxtı cari ilin 31 avqust tarixinədək uzadılmışdır. Növbəti mərhələ Mərkəzin rəsmi facebook səhifəsində paylaşım mərhələsidir. Müsabiqənin keçirilmə şərtlərində müəyyən dəyişiklikləri nəzərə alaraq, obyektivlik və şəffaflığın təmin olunması məqsədilə 31 avqust 2020-ci il tarixində Heydər Əliyev Mərkəzlərinin direktorlarının, həmçinin 70-ə yaxın mədəniyyət işçilərinin iştirakı ilə “Tarixi yazmış bir tale” adlı videotəqdimatlardan ibarət respublika müsabiqəsi” mövzusunda vebinar təşkil olunub.
Tədbiri Metodiki iş şöbəsinin sektor müdiri Pakizə Almazova açaraq, müsabiqənin mahiyyətindən, qaydalarından və şərtlərindən danışdı.
Vebinarda müxtəlif regionlarda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzlərinin direktor və nümayəndələri, o cümlədən, Hüsamətdin Abbasov, Neva Abdurahmanova, Günel Zamanlı, Telman Ağayev, Elçin Cəfərzadə, Nuranə Həsənova, Selmi Mehdiyeva, Kəmalə Qasımova və s. çıxış edərək bir sıra təkliflərini təqdim etmişdir.
Vebinarın yekununda çıxış edən Mərkəzin elmi katibi Cavid Əliyev qeyd etdi ki, müsabiqənin keçirilməsində məqsəd Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət və ictimai xadim Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliğ olunması, Heydər Əliyev mərkəzlərinin funksionallığının siyasi və sosial aktuallığının qorunması, mərkəzlərdə çalışan elmi işçilərin peşə səriştələrinin üzə çıxarılması, dəstəklənməsi, respublikada pandemiya dövründə Heydər Əliyev mərkəzlərinin fəaliyyətinin stimullaşdırılmasıdır.
Qeyd etmək istəyirik ki, videotəqdimatlar 1 sentyabr tarixindən etibarən Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin rəsmi Facebook səhifəsində paylaşılacaq və 10 gün ərzində toplanılan baxış və bəyənmə sayına əsasən münsiflər heyəti tərəfindən qiymətləndilirib qaliblər seçiləcək.