“Sülh inkişafın əsas təməlidir” mövzusunda onlayn videokonfrans

 “Sülh inkişafın əsas təməlidir” mövzusunda  onlayn videokonfrans

Astara rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Sülh inkişafın əsas təməlidir” mövzusunda Zoom proqramı vasitəsilə onlayn videokonfrans keçirilmişdir.

31 avqust 2020-ci il tarixində Astara rayon Heydər Əliyev Mərkəzinin, Astara rayon Gənclər və İdman İdarəsinin, Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin, Lerik rayon Heydər Əliyev Mərkəzinin, Yardımlı rayon Heydər Əliyev Mərkəzinin, Samux rayon Heydər Əliyev Mərkəzinin birgə iştirakı ilə “Sülh inkişafın əsas təməlidir” mövzusunda Zoom proqramı vasitəsilə onlayn videokonfrans baş tutdu.
Videokonfransı giriş sözü ilə Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova açmışdır.
Şəhidələrin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir..
Videokonfransda, Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxova, Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova, Yardımlı rayon Heydər Əliyev Mərkəzinin direktoru Aqil Ağayev, Lerik rayon Heydər Əliyev Mərkəzinin kiçik elmi işçisi Bahar Mürsəliyeva, Yardimli rayon MKS-nin Avtomatlaşdirma şöbəsinin müdiri Gündüz Manafov, Masallı Rayon Regional Mədəniyyət İdarəsinin Yardimli rayonu üzrə nümayəndəsi Ayaz Əliyev, Astara rayon Gənclər və İdman İdarəsinin Astara rayonunda Gənclərlə iş üzrə nümayəndəsi, könüllü gənc Abbas İbrahimli, Naftalan şəhər Sosial İş Sosial Media İctimai Birliyinin rəhbəri Kamran Muradov iştirak etmişdir.