Dərnəklər

Dərnəklər

Heydər Əliyev məktəbi

Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, dahi Azərbaycanlı, ulu öndər Heydər Əliyevin müasir tariximizin parlaq və silinməz səhifələrini təşkil edən misilsiz xidmətləri olmuşdur. Çoxəsrlik dövlətçilik ənənələrinə malik olan xalqımızın tarixində ümummilli liderimizin şəxsiyyəti, onun siyasi və idarəçilik fəaliyyəti müstəsna yer tutur. Xalqımız tarix boyu arzuladığı milli dövlətçilik amallarını məhz Heydər Əliyev epoxasında gerçəkləşdirərək davamlı müstəqil Azərbaycan dövlətini qura bilmişdir. Müasir Azərbaycan tarixinin 30 ildən artıq bir dövründə respublikamıza rəhbərlik etmiş Heydər Əliyev dövlətçilik salnaməsində elə bir irs yaratmışdır ki, onun öyrənilməsinə, təbliğinə və tətbiqinə hələ uzun illər böyük ehtiyac olacaqdır. Mərkəzimizin nəzdində fəaliyyət göstərən dərnəyimizin əsas məqsədi də Heydər Əliyev irsinin öyrədilməsi və geniş təbliğidir. Dərnək 2016 - cı ildən fəaliyyət göstərir. Dərnəyin rəhbəri Heydər Əliyev Mərkəzinin əməkdaşı Mürsəliyeva Bahar Hüseynağa qızıdır.

“Bədii qiraət və həvəskar aktyorluq” dərnəyi

“Bədii qiraət və həvəskar aktyorluq” dərnəyi mərkəzimizin nəzdində 2014 - cü ildən fəaliyyət göstərir. Dərnək üzvləri burada düzgün danışıq,nitq mədəniyyəti və bədii qiraət bacarıqlarına yiyələnməklə yanaşı ,kiçik səhnəciklər hazırlayaraq öz bacarıqlarını nümayiş etdirirlər. Dərnək üzvləri kütləvi-mədəni tədbirlərdə fəal iştirak etməklə bərabər,rayonun ictimai-mədəni həyatına da yaxından dəstək olurlar. Dərnək həftənin 3 günü mərkəzin direktoru Hüsaməddin Abbasov tərəfindən tədris edilir.