Ermənistan təcavüzünün nəticələri

Ermənistan təcavüzünün nəticələri

Qarabağ torpaqlarını işğal etmiş erməni qəsbkarlarına qarşı vuruşanlar sırasında Lerikin igid övladlarının adları da iftixarla çəkilir. Onlardan 140 nəfəri şəhidlik zirvəsinə yüksəlmişdir.

Qarabağ torpaqları uğrunda şəhidlik zirvəsinə yüksələn Lerikin qəhrəman oğullarından Valeh Müslümov, Rövşən Abdullayev, Fəxrəddin Şahbazov, Fərhad Ağayev və Əsgər Əliyev Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülmüşlər.

Müslümov Valeh Əlizaid oğlu 1968-ci il 2 sentyabrda Lerik rayonunda doğulmuşdur. 1983-ci ildə 2 saylı Lerik rayon orta məktəbini səkkizinci sinfini bitirmiş və Sumqayıt şəhər 17 saylı peşə məktəbində dülgər ixtisasına yiyələnmişdir. Bir müddət Tikinti Trestinin Səyyar Mexanikləşdirilmiş dəstəsində çalışır. 1986-cı ildə hərbi xidmətə çağırılır, 1988-ci ildə ordudan tərxis olunaraq Sumqayıta qayıdır.

1991-ci ilin avqustunda DİN-nin Xüsusi Təyinatlı Milis Dəstəsində xidmətə başlayır. Şuşa, Tovuz və Qubadlıda keçirilən döyüş əməliyyatlarında iştirak edir. 1992-ci il aprel ayının 10-da Marquşevan kəndində gedən döyüşdə qəhrəmanlıq göstərir, qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olur.

Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı Fərmanı ilə Müslümov Valeh Əlizaid oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir. Lerik şəhərində dəfn edilmişdir. Milli Qəhrəmanın adını daşıyan Lerik şəhər 2 nömrəli orta məktəbdə xatirə muzeyi yaradılmışdır.

Rövşən Əbdülhüseyn oğlu Abdullayev 1969-cu il 16 yanvarda Lerik rayonunda doğulmuşdur. Orta təhsilini Astara şəhər 1 saylı orta məktəbdə başa vurduqdan sonra ailəsi ilə birlikdə Lənkərana köçmüşdür.

Rövşən 1987-ci ildə Sankt-Peterburq Ali Hərbi-Siyasi məktəbinə daxil olur. 1991-ci ildə ali məktəbi əla qiymətlərlə bitirən gənc leytenantın təyinatını Rostov şəhər Daxili İşlər Şöbəsinə verirlər. O, Azərbaycana qayıdan kimi DİN-in əməkdaşı olaraq daxili qoşunların tərkibinə qatılır. Gənc zabit bir müddət sonra Zəngilana göndərilir. Rövşən 70 nəfərdən ibarət tağımın komandiri təyin edilir. Onun başçılıq etdiyi tağım göstərdiyi şücaətə görə cəbhədə ad çıxarmışdı.

Rövşənin köməkliyi ilə düşmənin Qafan rayonunda yerləşən obyektləri məhv edildi. 13 sentyabr 1993-cü il Rövşənin son döyüşü oldu. Zəngilan rayonunun Qazançı kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu.

Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə Rövşən Əbdülhüseyn oğlu Abdullayev ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Lənkəran şəhərində abidəsi qoyulmuşdur. Adına Lerik şəhərində mədəniyyət evi və küçə var.


Lerik şəhər inzibati ərazi dairəsi üzrə


1. Abdullayev Rövşən Əbdülhüseyn oğlu
2. Aslanov Cəlal Əliabbas oğlu
3. Əsədullayev Arzuman Azadxan oğlu
4. Müslümov Valeh Əlizahir oğlu
5. Şahpələngəv Elşən Mirzəhüseyn oğlu
6. Yaqubov İsmayıl Ağamoğlan oğlu
7. Nuriyev Arif Əsgər oğlu
8. İbrahimov Valeh Allahyar oğlu
9. Şahiyev Camal Xanış oğlu
10. Bağışov Malik Sədaqət oğlu
11. Əliyev Nadir Möhkəm oğlu
12. Əliyev Sabir Xeyrulla oğlu
13. Qasımov Elşən Natiq oğlu
14. Novruzov Əflatun Ulduzxan oğlu
15. Məmmədov Əfqan Ağasən oğlu
16. Qarayev Elmar Xureyman oğlu
Cəngəmiran inzibati ərazi dairəsi üzrə
17. Nəzərov Qədir Xudabaxış oğlu Cəngəmiran kəndi
18. Həmidov Həmid İsaq oğlu Cəngəmiran kəndi
19. Məmmədov Bakir İxtiyar oğlu Cəngəmiran kəndi
20. Mədətov İsfəndiyar Mühacir oğlu Cəngəmiran kəndi
21. Qafarov Fuad Xansuvar oğlu Cəngəmiran kəndi
22. Rufullayev Elmas İbrahim oğlu Cəngəmiran kəndi
23. İbadov Mikayıl Qubad oğlu Cəngəmiran kəndi
24. Rəhimov Qorxmaz Gülhəsən oğlu Cəngəmiran kəndi
25. Həmidov Kitabəli Tərlan oğlu Pirzəkücə kəndi
26. Fərziyev Cəlal İbrahim oğlu Pirzəkücə kəndi
27. Səfərov Zülfüqar Heydər oğlu Pirzəkücə kəndi
28. Kərimov Kənan Əsgər oğlu Pirzəkücə kəndi
29. Kərimov Əbülfət Ağadədə oğlu Pirzəkücə kəndi


Blaband inzibati ərazi dairəsi üzrə


30. Qənbərov Xalid Şəxşin oğlu Barzavu kəndi
31. Səfərov Zəfər Ağayar oğlu Blaband kəndi
32. Əliyev Əhliman Ağaxan oğlu Blaband kəndi
33. Əliyev Namiq Rəcəbəli oğlu Osnağakücə kəndi
34. Hüseynov Ələkbər Orucəli oğlu Osnağakücə kəndi
35. Maşiyev Nemət Mütəllim oğlu Şinəband kəndi
36. Kişiyev Natiq Qənbər oğlu Şinəband kəndi
37. Talıbov Əfsər Məmməd oğlu Şinəband kəndi


Pirasora inzibati ərazi dairəsi üzrə


38. Bayramov Bəxtiyar Əlifağa oğlu Pirasora kəndi
39. Təhməzov Azər Şahrza oğlu Pirasora kəndi
40. Rüstəmov Şahlar Xanoğlan oğlu Büzeyir kəndi
41. Rəhimov Valeh Həsrət oğlu Pirasora kəndi
42. Rəhimov Gəray Suanverdi oğlu Büzeuir kəndi
43. Ələkbərov İlkin Tarqulu oğlu Pirasora kəndi


Nuravud inzibati ərazi dairəsi üzrə


44. Bəşirov Sərxan Balabəy oğlu Sorsçay kəndi
45. Mərdiyev Sarvan Güloğlan oğlu Nuravud kəndi
46. Bəbirov Zahir Bayraməli oğlu Nuravud kəndi
47. Fətullayev Fədail Əzizağa oğlu Nüravud kəndi


Orand inzibati ərazi dairəsi üzrə


48. Rzayev Əhəd Əsgər oğlu Orand kəndi
49. Sadıxov Talışxan Xudakərim oğlu Orand kəndi
50. Əliyev Anar Musa oğlu Orand kəndi


Çayrud inzibati ərazi dairəsi üzrə


51. Hacıyev Səxavət Əbi oğlu Rvarud kəndi
52. Hacıyev Etiqad Balaxan oğlu Rvarud kəndi
53. Səfərov Elşən Məmmədağa oğlu Çayrud kəndi
54. Ziyadov Mübariz Musa oğlu Çayrud kəndi
55. Tağıyev Zakir Atakişi oğlu Çayrud kəndi


Veri inzibati ərazi dairəsi üzrə


56. Kazımov Telman Mirzəxan oğlu Babakücə kəndi
57. Məmmədov Balamir Şirməmməd oğlu Küsəkəran kəndi
58. Məhərrəmov Möhübbət Həsən oğlu Veri-Əliabad kəndi
59. Rəhimov Valeh Yaqub oğlu Veri-Əliabad kəndi

60. Əhədov Natiq Sabir oğlu Veri kəndi

Tikəband inzibati ərazi dairəsi üzrə


61. Hacıyev Namiq Talıb oğlu Tikəband kəndi
62. Musayev Zəfər Muxtar oğlu Davradibi kəndi
63. Quliyev Mustafa Mirtəxi oğlu Dico kəndi


Qosmalian inzibati ərazi dairəsi üzrə


64. İbadov Sarvan Böyükxan oğlu Tatonu kəndi
65. Məhərrəmov Teymur Xanrza oğlu Şonayçola kəndi
66. Nuriyev İldırım Xanəli oğlu Divağac kəndi
67. Məmmədov Faiq Bahaddin oğlu Qələsər kəndi


Kələxan inzibati ərazi dairəsi üzrə

68. Bəşirov Etibar Qubad oğlu Hüseynabad kəndi
69. Abdullayev Gülməmməd Şıxməmməd oğlu Anburdərə kəndi
70. Şahbazov Fəxrəddin İbrahim oğlu Göydərə kəndi


Mistan inzibati ərazi dairəsi üzrə


71. Vahabov Əliniyaz Əhmədəli oğlu Mistan kəndi
72. Salayev Xaqani Şəfəqqət oğlu Rəzgov kəndi


Tülü – Conu inzibati ərazi dairəsi üzrə


73. Dövlətov Kişi Atakişi oğlu Viliq kəndi
74. Şərifov İlham Sahib oğlu Conu kəndi
75. Şahmuradov Güloğlan Loda kəndi


Noda inzibati ərazi dairəsi üzrə


76. Nəciyev Habil Xanqulu oğlu Noda kəndi
77. Ağayev Şaiq Sərhad oğlu Noda kəndi
78. Qurbanov Ramin Rükəxan oğlu Noda kəndi
79. Muradov Namaz Fərman oğlu Günəşli kəndi


Vizəzəmin inzibati ərazi dairəsi üzrə


80. Bünyadov Mərdan Sabir oğlu Vizəzəmin kəndi
81. Musayev Əbülfət Nəsrulla oğlu Sipyəreğon kəndi
82. Səfərov Arzuman Canəli oğlu Cənginəvud kəndi
83. Hüseynov Əziz Ənsar oğlu Almu kəndi
84. Qasımov Mikayil Dadi oğlu Bibyanı kəndi


Livədirqə inzibati ərazi dairəsi üzrə


85. Məmmədov Əbülfəz Ağaxan oğlu Livədirqə kəndi
86. Həmidov İlqar Şahgəldi oğlu Livədirqə kəndi
87. Məmmədov Əbülfəz Sərdar oğlu Mastayıl kəndi
88. Dənziyev Nail Fahil oğlu Mastayıl kəndi
89. Qəribov Şəmsi Alixan oğlu Murya kəndi
90. Həsənov Elşən Əlihüseyn oğlu Murya kəndi
91. Sadıxov Şahin Xanhüseyn oğlu Əvilə kəndi
92. Əkbərov Ramiz Əzizxan oğlu Qədimkücə kəndi


Şingədulan inzibati ərazi dairəsi üzrə


93. Mirzəyev Azər Həsən oğlu Şingədulan kəndi
94. Liftiyev Fuad Müseyıb oğlu Laman kəndi
95. Həsənov Bahadur Sərməst oğlu Durğan kəndi
96. Abbasov Zahid Ziyad oğlu Laman kəndi


Molalan inzibati ərazi dairəsi üzrə


97. Kərimov Rauf Əlizadə oğlu Molalan kəndi
98. Quliyev Rüfət Ağaqulu oğlu Molalan kəndi
99. Rzayev Şəmsi Aslan oğlu Sors kəndi


Monidigah inzibati ərazi dairəsi üzrə


100. Əliyev Əsgər Ələkbər oğlu Monidigah kəndi
101. Cəfərov Müşfiq İlyas oğlu Monidigah kəndi


Nüvədi inzibati ərazi dairəsi üzrə


102. Əzizov Cavid Təslim oğlu Rəzəvul kəndi
103. Feyziyev Rauf Bilal oğlu Vistən kəndi
104. Həsənov Zahid Sahverdi oğlu Bırkandul kəndi
105. Nəciyev Ənvər Xosaxan oğlu Bırkandul kəndi


Əliabad inzibati ərazi dairəsi üzrə


106. Cəfərov Təhsin Almas oğlu Soru kəndi
107. Dövlətov Aqşin Tarverdi oğlu Soru kəndi
108. Veysəlov Sərdar Extiyar oğlu Soru kəndi
109. Vahabov Ziyad Bahəddin oğlu Gürdəsər kəndi
110. Kazımov Əhliman Panəli oğlu Əliabad kəndi


Kirəvud inzibati ərazi dairəsi üzrə


111. İsmayılov Telman Bayraməli oğlu Buruq kəndi
112. Ağayev Fəzail Əmir oğlu Musavar kəndi
113. Cabbarov Səlim Qəyyum oğlu Kirəvud kəndi
114. Əsədov Vahab Ayaz oğlu Kirəvud kəndi
115. Nəcəfov Nizami Böyükağa oğlu Aran kəndi
116. Ağayev Kərim Ziyad oğlu Kirəvud kəndi


Züvüc inzibati ərazi dairəsi üzrə


117. Pələngov Bünyadəli Qulam oğlu Züvüc kəndi
118. Ağayev Lətif Xeyrulla oğlu Züvüc kəndi
119. Kazımov Fərman Salman oğlu Züvüc kəndi


Osyodərə inzibati ərazi dairəsi üzrə


120. Ağayev Fərhad İslam oğlu Şivlə kəndi
121. Ağayev Cəbrayıl Atamalı oğlu Şivlə kəndi
122. Rüstəmov Tərlan Kamal oğlu Şivlə kəndi
123. Məmmədov Əmralı Salman oğlu Şivlə kəndi
124. Əliyev Namiq Gülbaba oğlu Şivlə kəndi
125. Əhədov Qiyas İsaxan oğlu Xanagah kəndi
126. Hadiyev Vidadi Şahverən oğlu Xanagah kəndi
127. Rüstəmov Rza Sulduz oğlu Bülüdül kəndi
128. Ağayev Nazim Ziyad oğlu Bülüdül kəndi
129. Şahbazov Cavid Tarverdi oğlu Bülüdül kəndi


Nücü inzibati ərazi dairəsi üzrə


130. Zahirəliyev Sulduz Əliş oğlu Davidonu kəndi
131. Mirişov Elçin Vaqif oğlu Davidonu kəndi


Siyov inzibati ərazi dairəsi üzrə


132. Bayramov Azad Muxtar oğlu Siyov kəndi
133. Ramazanov Qədir İslam oğlu Siyov kəndi
134. Qafarov Mehman Yəhya oğlu Siyov kəndi
135. Həsənov Zamin Gülağa oğlu Siyov kəndi
136. Paşayev Hafiz Həmdulla oğlu Siyov kəndi


Bürsülüm inzibati ərazi dairəsi üzrə


137. Şaliyev Eldar Ağabala oğlu Ancəqəv kəndi
138. Babayev Rakif Cəlal oğlu Vov kəndi


Piran inzibati ərazi dairəsi üzrə


139. Fərəcov Elxan Həsənağa oğlu Qışlaq kəndi
140. Alxasov Yaşar Abutalıb oğlu Zəriküməco kəndi

ALLAH Rəhmət Eləsin!