Lerik Rayon Heydər Əliyev Mərkəzi

Lerik Rayon Heydər Əliyev Mərkəzi

Müasir Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğu prosesi, vətəndaş cəmiyyətinin formalaşması, əsaslı siyasi və iqtisadi islahatların həyata keçirilməsi, ölkəmizin dünyada etibarlı tərəfdaş kimi tanınması Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Möhkəm təməl və milli mənəvi dəyərlər üzərində müasir dövlətin qurulması, xalqımızın milli ideya ətrafında birləşməsi, azərbaycançılıq ideologiyası Heydər Əliyev siyasətinin əsas istiqamətlərindən biri idi. Azərbaycan dilini, tarixini, mədəniyyətini və milli-mənəvi dəyərlərini qorumağı daim tövsiyə edən Heydər Əliyevin ideoloji əsaslarının tam şəkildə bərqərar olmasına baxmayaraq bu işlərin Lerik rayonunda daha da təkmilləşdirilməsinə ehtiyac duyulurdu. Bunun nəticəsində 2010 - cu il 25 iyun tarixində Lerik Rayon Heydər Əliyev Mərkəzi yaradıldı. Mərkəz yarandığı gündən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliği, Azərbaycan tarixi və dilinin, mədəniyyətinin, milli-mənəvi dəyərlərinin yaşadılması istiqamətində sistemli fəaliyyət göstərir.