Mərkəzin binası

Mərkəzin binası

Lerik Rayon Heydər Əliyev Mərkəzinin binası Lerik rayon Heydər Əliyev meydanı 02 ünvanında yerləşir. 25 iyun 2010-cu ildə Prezident İlham Əliyevin Lerikə səfəri zamanı muzeyin rəsmi açılışı olmuşdur. 2010-cu ildən 2012-ci ilin aprel ayına qədər Heydər Əliyev Muzeyi kimi fəaliyyət göstərmişdir. Heydər Əliyev Muzeylərinin fəaliyyətlərinin genişləndirilməsi ilə əlaqədar olaraq 04 aprel 2012-ci il tarixdən Muzey Heydər Əliyev Mərkəzi adlandırılmışdır.

Mərkəz birmərtəbəli binada yerləşir, ümumi sahəsi 420 kvadratmetrdir. Bunun 360 kvadratmetrində ekspozisiya zalı yerləşir ki, bu zaldan həm də konfrans salonu kimi istifadə olunur. Binanın 25 kvadratmetrində kitabxana fəaliyyət göstərir, 35 kvadratmetrində isə inzibati və yardımçı otaqlar yerləşir.