Muzey

Azərbaycan xalqanın Ümummilli Lideri Heydər Əliyev muzeyinin Lənkəran şəhərində rəsmi açılışı 08 oktyabr 2008-ci il tarixində Prezident İlham Əliyev və birinci xanım Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın iştirakı ilə həyata keçirilmişdir.

Ümumilikdə muzeyin əsəs fondunda Ulu Öndərin həyat və fəaliyyəti ilə, Prezident cənab İlham Əliyevin Lənkəran səfərləri ilə, Azərbaycanın tarixi ilə bağlı 500-dən artıq eksponat vardır.

Muzeydə fotolardan ibarət 12 adda stendlər gələn qonaqların istifadəsinə verilmişdir. Bu stendlərdə 150-dən artıq eksponat nümayiş etdirilir. Burada dahi şəxsiyyətin uşaqlıq, tələbəlik və gənclik illəri, 1969-cu ildən Azərbaycana rəhbərlik etdiyi dövrlər, Sovet dövründə gördüyü işlər, prezidentlik dövrü, Lənkəran səfərləri və Prezident cənab İlham Əliyevin Lənkəran səfərləri ilə bağlı fotoşəkillər, Afaq Kərimovanın və İsmayıl İsmayılovun çəkdiyi rəsm əsərləri, Natiq Əliyevin hazırladığı büst, Heydər Əliyevin şəxsi arxivindən götürülmüş sənədlər cəmlənmişdir.