Beynəlxalq əlaqələr

Beynəlxalq əlaqələr

27 mart 2019-cu il tarixində Bakı şəhərində Azərbaycan Respublikasının Özbəkistan Respulikasındakı səfirliyi yanında Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovla, Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxovayla qarşılıqlı əməkdaşlığın qurulması və inkişafı məqsədilə görüş keçirilmişdir. Görüşdə qarşılıqlı əməkdaşlıq, birgə layihələrin həyata keçirilməsi barədə fikirlər müzakirə olunmuş, gələcək planlar haqında fikir mübadiləsi edilmiş, və bu tip tədbirlərin reallaşdırılması məqsədilə yaxın zamanlarda ikitərəfli əməkdaşlığa dair memorandumun imzalanması nəzərdə tutulmuşdur. Tərəflər öz aralarında razılığa gəlmişlər ki, cari ilin iyun ayında Özbəkistan Respubikasında fəaliyyət göstərən Heydər Əliyev Mədəniyyət Mərkəzinin layihəsi olan Özbəkistan Respublikasının aparıcı media nümayəndələrinin iştirakı ilə təşkil olunacaq növbəti mediatur Azərbaycanın Cənub bölgəsinə də təşkil olunsun. Bu məsələ ilə əlaqədar olaraq tərəflər arasında fikir mübadiləsi və razılaşmalar aparılmışdır.