Heydər Əliyev və Lənkəran

Ümummilli Lider Heydər Əliyevin Lənkəran səfərləri

İlk dəfə Ümummilli Lider Heydər Əliyev Lənkərana 30.03.1973-cü ildə gəlmişdir. Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev Lənkəran ictimaiyyəti ilə görüşmüşdür, 1972-ci ilin göstərilərinə görə Ümumittifaq yarışının qalibi çıxmış rayon zəhmətkeşlərini təbrik etmiş, o dövr üçün SSRİ-də yüksək mükafat sayılan Sov.İKP MK, SSRİ Nazirlər Soveti, ÜİHİMŞ və ÜİLKGİ MK-nın keçici Qırmızı bayrağını təqdim etmişdir. Azərbaycanın rəhbəri Heydər Əliyev Lənkəranda keçirilən ikinci Məhsul bayramında iştirak etmişdir.

İkinci dəfə Ümummilli Lider Lənkəranda 15.01.1974-cü ildə olmuşdur. Sov. İKP MK Siyasi Bürosunun üzvü, Sov. İKP MK katibi F.D.Kulakov və Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev Lənkəran ictimaiyyətinin nümayəndələri ilə görüşmüşlər. Qonaqlar yanvarın 16-da rayonun ən iri tərəvəzçilik təsərrüfatlarından olan Baloğlan Abbasov adına sovxoza gələrək, burada keçirilən yığıncaqda iştirak etmişlər.F.D.Kulakov və Heydər Əliyev Ümumittifaq yarışının qaliblərini təbrik edərək, Sov.İKP MK, SSRİ Nazirlər Soveti, UİHİMŞ və ÜİLKGİ MK-nın keçici Qırmızı bayrağını təqdim etmişdirlər.

Üçüncü dəfə Ümummilli Lider Heydər Əliyev Lənkərana 29.12.1976-cı ildə gəlmişdir. Yuxarı Xanbulaqçay su qurğuları kompleksi işə salınmışdır. Dəryaçanın açılışında Sov.İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd, Azərbaycan KP MK-nin birinci katibi Heydər Əliyev iştirak etmişdir.

Dördüncü dəfə Ulu Öndər Heydər Əliyev Lənkəranda Məişət evinin açılışı ilə bağlı olmuşdur.

Beşinci dəfə Ulu Öndər Heydər Əliyev Lənkəranda 30.06.-1.07.0982-ci ildə olmuşdur. Dahi rəhbər Lənkəran Şəhər Partiya Komitəsinin plenumunda iştirak etmişdir. Ziyalılar evində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə dahi rəhbər geniş nitq söyləmişdir, iqtisadi, sosial və digər sahələrdə Lənkəranlıların qarşısında duran konkret vəzifələrdən danışmışdır. Görüşdə Zərifə xanım Əliyeva və İlham Əliyev iştirak etmişlər. Heydər Əliyev və onunla gələn qonaqlar həmin günlərdə rayonun görməli yerləri ilə yaxından tanış olmuş, əməkçilərlə iş başında görüşərək söhbət etmişlər.

Altınçı dəfə Ulu Öndər Heydər Əliyev Lənkəranda 5 oktyabr 1998-ci ildə Azərbaycan müstəqillik əldə etdikdən sonra ilk dəfə olmuşdur. Prezident seçkiləri ərəfəsində şəhərin mərkəzi meydanda keçirilən görüşdə dahi rəhbər nitq söyləmişdir. Çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin ətrafında sıx birləşdiklərini, ölkənin daxili və xarici siyasətini bəyəndiklərini və hər an onu müdafiə etməyə hazır olduqlarını bildirmişlər.