Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş “Xocalı dəhşətləri ” adlı tədbir keçirilmişdir

Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş “Xocalı dəhşətləri ” adlı tədbir keçirilmişdir

Lənkəran şəhər Heydər Əliyev Mərkəzində 26 fevral 2020-ci il tarixində Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş “Xocalı dəhşətləri ” adlı tədbir keçirilmişdir.

Məktəbli, tələbə və gənclərin iştirak etdiyi anım mərasimində iştirakçılar öncə Lənkəran şəhərində azərbaycanlıların soyqırımı qurbanları xatirə parkındakı abidə-kompleksin önünə gül dəstələri düzərək, faciə qurbanlarının xatirəsini dərin hüznlə yad ediblər.

Sonra tədbir Heydər Əliyev Mərkəzində davam edib. Heydər Əliyev memorial muzeyi ilə tanış olduqdan sonra tədbir iştirakşıları gənclər tərəfindən Xocalı faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiyaya baxmışlar.

Tədbir “Xocalı faciəsi uşaqların gözü ilə” adlı rəsm sərgisi ilə yekunlaşmışdır.