Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının 28 ildönümü ilə əlaqədar ”Xocalıya ədalət” adlı tədbir keçirildi

Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının 28 ildönümü ilə əlaqədar ”Xocalıya ədalət” adlı tədbir keçirildi

Lənkəran şəhər Heydər Əliyev Mərkəzində 25 fevral 2020-ci il tarixlərində Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş “Xocalıya ədalət ” adlı tədbir keçirilmişdir. Məktəbli, tələbə və gənclərin içtirak etdiyi anım mərasimində iştirakçılar tədbir öncəsi faciə qurbanlarının xatirəsini dərin hüznlə yad ediblər.

Sonra tədbiri giriş sözü ilə Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxova açaraq, bu faciənin insanlığa sığmayan dəhşətlərindən bəhs etmiş, və bu vəhşiliklərin ictimaiyyətə çatdırılması üçün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin böyük əməyi olduğunu, məhz onun təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisində ilk dəfə bu məsələyə siyasi qiymət verildiyini bildirmişdir. O, çıxışının sonunda Xocalı soyqrımının dünyada tanıdılması ilə bağlı Heydər Əliyev Fondunun vitse-prezedenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlayan “Xocalıya ədalət” kompaniyası çərçivəsində keçirilən tədbir və aksiyalara dünyanın əksər ölkələrində yüzlərlə könüllülərin qoşulmasını olduqca təqdirəlayiq olduğunu vurğulamış, gənclərə bu istəqamətdə fəal olmalarını, belə aksiyalarda yaxından iştirak etmələrini tövsiyə etmişdir.

Sonra çıxış edən Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliyinin direktoru Famil Məmmədov öz çıxışında Xocalıda baş verən erməni amansızlıqlarından, günahsız qurbanlardan, zaman-zaman erməni şovinistlərinin törətdiyi vəhşiliklərdən bir daha söz açmışdır.
Mərasimin sonunda Xocalı dəhşətlərini özündə əks etdirən film izlənilmişdir.