Lənkəran şəhər Heydər Əliyev Mərkəzində iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun 110 illik yubileyinə həsr olunmuş tədbir keçirildi

Lənkəran şəhər Heydər Əliyev Mərkəzində iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun 110 illik yubileyinə  həsr olunmuş tədbir keçirildi

Yanvarın 24-də Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran nümyəndəliyinin birgə təşkilatçılığı ilə iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun 110 illik yubileyinə həsr olunmuş “Qəhrəmanlıqla dolu həyat yolu” adlı tədbir keçirildi.

İlk öncə tədbir iştirakçıları qəhrəmanın ev muzeyində yerləşən görkəmli sərkərdənin abidəsi önünə gül dəstələri qoymuş, xatirəsini hörmət və ehtiramla yad etmişlər.

Heydər Əliyev Mərkəzinin akt zalında davam edən tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlanmışdır.

Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Reyhanə Sadıxova qəhrəmanın şərəfli və mənalı həyat yolundan, döyüş zamanı göstərdiyi şücaətindən, mərdliyindən ətraflı söz açmışdır. O, bildirmişdir ki, Ümummilli Lider Heydər Əliyev Həzi Aslanovun hərb tariximizdə müstəsna rol oynadığını dəfələrlə qeyd edib və qəhrəmanın adının əbədiləşdirilməsi üçün bir çox sərəncamlar imzalayıb. Bu gün bu diqqət ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Həzi Aslanovun həyatı hər bir Azərbaycan gənci, əsgəri üçün örnək olmalıdır.

Daha sonra çıxış edənlər Lənkəran şəhər 3 saylı tam orta məktəbin direktoru Aqil Sadiyev və Həzi Aslanov ev muzeyinin baş mühafizi Həcər Nəsirova öz çıxışlarında belə tədbirlərin gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsində mühüm əhəmiyyət kəsb etdiyini vurğuladılar.

Tədbirin sonunda qəhrəmanın şərəfli həyat yolundan bəhs edən film nümayiş edildi.