Lənkəran şəhər Heydər Əliyev Mərkəzində 9 noyabr - Azərbaycan Dövlət Bayrağı Gününə həsr olunmuş məktəblilərlə görüş keçirildi

Lənkəran şəhər Heydər Əliyev Mərkəzində 9 noyabr - Azərbaycan Dövlət Bayrağı Gününə həsr olunmuş məktəblilərlə görüş keçirildi

09 noyabr 2019-cu il tarixində Lənkəran şəhər Heydər Əliyev Mərkəzində 9 noyabr - Azərbaycan Dövlət Bayrağı Günü ilə bağlı məktəblilərlə görüş keçirilmişdir. Görüş zamanı məktəblilərə Azərbaycan Respublikasının tanıtım vəsiqələrindən, dövlətçilik rəmzlərindən biri olan Milli Bayrağımız haqqında dolğun məlumat verilmişdir.

Daha sona məktəblilər Ulu Öndər Heydər Əliyevin zəngin və şərəfli həyat və fəaliyyətini özündə əks etdirən fotolarla tanış olmuşlar.

Tədbirin sonunda Mərkəzin rəsm studiyasının istedadlarının Dövlət Bayrağı Gününə və Azərbaycan Respublikasının Milli Qəhrəmanlarına həsr etdikləri rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilmiş, xatirə şəkilləri çəkdirilmişdir.