Mərkəzdə qum sənəti, rəsm, heykəltaraşlıq, toxuculuq, makrame və rəqs kursu fəaliyyət göstərir. Rəsm kursu 2016-cı ildən, rəqs kursu 2018-ci ildən, heykəltaraşlıq, toxuculuq, makrame və qum sənəti 2019-cu ildən fəaliyyət göstərir. Kurslarda yaş məhdudiyyəti yoxdur.

Bu kursları təşkil etməkdə əsas məqsədimiz yeniyetmə və gənclərin öz asudə vaxtlarından səmərəli istfadə etməsi, onların istedadlarının üzə çıxarılması, onlarda vətənpərvərlik hissinin, vətəninə, müstəqil dövlətinə sədaqətli ruhunun gücləndirilməsi olmuşdur.

Elə bu məqsədlə Mərkəzdə tez-tez müsabiqələr və əlamətdar günlərlə əlaqədar sərgilər təşkil olunur.

Rəsm kursu. Kursun rəhbəri: İbrahimova Aygün Hilal qızı. Kursun müddəti bir ildir.

Azərbaycan Demokratik Respublikasının 100 illiyi münasibətilə müsabiqədə uğurlarımız

Heykəltaraşlıq kursu. Kursun rəhbəri: Ibrahimova Aygün Hilal qızı. Kursun müddəti bir ildir.

Makrame kursu. Kursun rəhbəri: Ibrahimova Aygün Hilal qızı. Kursun müddəti altı aydır.

Qum sənəti kursu. Kursun rəhbəri: Ibrahimova Aygün Hilal qızı. Kursun müddəti altı aydır.

Rəqs kursu. Kursun rəhbəri: Mirzəzadə Leyla Camal qızı. Kursun müddəti bir ildir.