Ermənistan təcavüzünün nəticələri

Ermənistan təcavüzünün nəticələri

"Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905 - 1907-ci illərdə,sonra 1918-ci ildə azərbaycanlılara qarşı açıq şəkildə geniş miqyaslı qanlı aksiyalar həyata keçiriblər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə edib. Yüzlərlə yaşayış məntəqəsi dağıdılaraq yerlə yeksan edilib, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilib. Bu hadisələrin təşkilatçıları sonralar məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaradıblar və özlərinin avantürist torpaq iddialarını səylə pərdələməyə çalışıblar.

Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir”.

Cənubi Qafqazda hakimiyyəti ələ almağa çalışan Şaumyan və onun quldur dəstəsi Lənkəranın mühüm strateji və ərzaq rayonu olmasını nəzərə alaraq, bu bölgəni ələ keçirməyi qarşıya məqsəd qoymuşdu. Şaumyan milli quvvələrin - Sultan bəy Qulubəyov, Aslan Talışinski və baron Osten-Sakerin 1917-ci ildə təşkil etdiyi milli alayı və Lənkəranda yerləşən "Dikaya diviziya"nı tərksilah etməklə bölgəni ələ keçirməyi planlaşdırırdı.

Daşnaklar evlərə girib bəzən bütün ailəni məhv edirdilər. Hamilə qadınlara, qocalara belə rəhm edilmirdi. Bir gün ərzində Gərmətük kəndində 70, Mamusta kəndində 30, Kərgəlan kəndində 30, Sütəmurdov kəndində 20-dən çox, Girdəni kəndində 20 günahsız insan faciənin qurbanı oldu. Evlər top mərmisi ilə dağıdılmış, dükanlar qarət və talan edilmişdi. Öldürülmüş və dənizə atılmış insan cəsədləri üzərində erməni vəhşiliyinin və qəddarlığının bütün əlamətlərini görmək mümkün idi. Avetisovun daşnak dəstəsi hərbi gəmidən Lənkəran şəhərini top atəşinə tutmuş, nəticədə Kiçikbazar məscidinin divarı mərmi ilə dağıdılmışdı.

Parlamentin iclasında çıxış edən Lənkəran nümayəndəsi Hacı Mirzə Səlim Axundzadə Lənkəran qəzası ilə bağlı məruzəsində qeyd edirdi: "Lənkəranda xərabə və payimal olmayan bir ev mövcud deyil, Lənkəranın vəziyyətini mülahizə edən insanın ürəyi ya gərək erməni ürəyi, ya da gərək daş olsun”.

"Azərbaycan"qəzetinin 14 mart 1919-cu il tarixli nömrəsində bu dövrdəki Lənkəran qəzasının ümumi vəziyyəti şərh edilərək qeyd olunur: "Mart hadisələrindən sonra Lənkərana bolşeviklərlə bərabər erməni daşnakları da gəldilər. Bundan sonra erməni Avetisovun başçılığı ilə daşnak hərbi hissələri müsəlman kəndlərinin axırına çıxdılar. Olmazın zülmlər, əziyyətlər verdilər. Yollar kəsildi. Əhali şikayət etməyə bir yer tapmadı. Türklər Bakıya gəldikləri zaman Muğan ətrafının bolşevikləri ilə əlaqələri kəsildi. Buradakı sərsərilər "Muğan hökuməti" adı ilə dağıdıcı bir qurum düzəltməklə, müsəlmanları soymağa və qırmağa başladılar".

"Azərbaycan torpaqlarında 1918-ci il hadisələri eyni ilə keçən əsrin 90-cı illərində təkrarlandı. Özü də eyni ssenarı və eyni dəst-xətlə. Faciənin yalnız icraçıları yeni idi.

Lənkəran rayonunun Qarabağ uğrunda döyüşlərdə Şəhid olan igidləri (1992-ci ildən 2016-cı ilədək.) :

1.Abbasov Mais Qurbanəli - doğulduğu yer : Lənkəran (Şəhid olub – 1999)
2.Abdullayev Fəxrəddin Nəhmətulla - Lənkəran (1994)
3.Abdullayev Rövşən Əbdülhüseyn - Lənkəran (1993)
4.Abdullayev Rövşən Mirverdi - İstisu qəsəbəsi (itgin düşüb-1993)
5.Ağayev Rusif İbrahim - Hirkan qəsəbəsi (2016)
6.Ağayev Bəylər Səfər - Kərgəlan kəndi (1993)
7.Ağayev Natiq Tağı - Liman şəhəri (1994)
8.Ağayev Rövşən Mirzərza - Viravul kəndi (1997)
9.Ağayev Şamil Fərman - Boladi kəndi (itgin düşüb-1992)
10.Axundov Nahir Ənvər - Boladi kəndi (1992)
11.Axundov Nizami Sərraf - Gəgiran kəndi (1999)
12.Aslanov Natiq Şirəli - Ləj kəndi (1993)
13.Babakişiyev Güləli Əbdülrəhim - Qrunba kəndi (itgin düşüb-1993)
14.Babayev Azad Manaf - Lənkəran (1995)
15.Bağırov Fərhad Nəcəf - Lənkəran (1993)
16.Bağırov Həbib Heybət - Aşağı Nüvədi qəsəbəsi (1992)
17.Bağırov Mehman Balasən - Lənkəran (1992)
18.Bağırov Məhəmməd Gülhəsən - Girdəni kəndi (1994)
19.Bağırov Qüdrət Nüsrət - Lənkəran (itgin düşüb-1994)
20.Bayramov Kamran Yusif - Mamusta kəndi (1994)
21.Bayramov Rövşən Ağabala – Lənkəran (1992)
22.Bədəlov Rəmzi Mirzəmməd – Kərgəlan kəndi (1992)
23.Bəşirov Elsevər Ağaqulu - Girdəni kəndi (1992)
24.Cabbarov Naid Zakir - Boladi kəndi (itgin düşüb-1993)
25.Cahangirov Hikmət Eldar - Tükəvilə kəndi (itgin düşüb-1993)
26.Cavadov Elçin Heybət – Lənkəran (1992)
27.Cəbrayılov Mais Xanıbəy – Təngivan kəndi (1994)
28.Cəfərov İlham Cəfər - Liman şəhəri (1992)
29.Dadaşov İman Qəzənfər – Aşağı Nüvədi (1992)
30.Dadaşov Rəşid Ulduz – Sütəmurdov (1994)
31.Eyvazov Fəxri Lətif – Boladi kəndi (1994)
32.Əbilov Mənsur Musa - Şağlakuçə kəndi (1993)
33.Əbülfətov Tofiq Faiq - Lənkəran (1993)
34.Əhmədov Nizami Əli - İstisu kəndi (1992)
35.Əhmədov Sabir Abid - Separadi kəndi (1997)
36.Əkbərov Habil Sərhəng - Hirkan qəsəbəsi (1993)
37.Əkbərov Samid Asif - Boladi kəndi (2008)
38.Əliyev Anar Rasim - Lənkəran (1993)
39.Əliyev Bilal Nəsir - Xolmili kəndi (1994)
40.Əliyev Emin Zakir - Siyavar kəndi (1997)
41.Əliyev Fariz Əlibala - Liman şəhəri (itgin düşüb-1992)
42.Əliyev Fariz Əsəddin - İstisu qəsəbəsi (1999)
43.Əliyev Fərail Abbas - Kərgələn kəndi (1994)
44.Əliyev Nicat Rəhim - Kərgəlan kəndi (1994)
45.Əliyev Soltan Məmməd - Haftoni qəsəbəsi (1992)
46.Əliyev Vaqif Babalar - Lənkəran (1992)
47.Əliyev Əfqan Oqtay - Lənkəran (itgin düşüb-1992)
48.Əliyev Əliağa Məhərrəm - Nərimanabad qəsəbəsi (1992)
49.Ələkbərov İlqar Adil - Liman şəhəri (1994)
50.Ələmov Sahib Xanhüseyn - Biləsər kəndi (1994)
51.Ələmov Sədaqət Məhərrəməli - Lənkəran (1993)
52.Əmrahov Asəf Zəkurulla - Nərimanabad qəsəbəsi (1994)
53.Əsgərov Amil İsmayıl - Lənkəran (1992)
54.Əsədov Baba Ağabəy - Zövlə kəndi (1992)
55.Əsədov Müzəffər Əli - Zövlə kəndi (1994)
56.Əzimov Babacan Fərman - Digah kəndi
57.Fərzullayev Mahir Ramazan - Osaküçə kəndi (1991)
58.Fərzullayev Məmməd Mirzəbala - Mamusta kəndi (1992)
59.Fərzullayev Əbülfət Oruc - Moloja kəndi (1992)
60.Fərəcov Mütəllim Əsgər - Şağlaser kəndi(1998)
61.Gənciyev Teymur Əzizağa - Liman şəhəri (1998)
62.Həbibov Fəxrəddin Rza - Moloja kəndi (1992)
63.Həbibzadə Elmar Səməd - Moloja kəndi (2011)
64.Hənifəyev İsmayıl Səyavuş - Lənkəran (1992)
65.Həmidov Mahir Mirzəbala - Girdəni kəndi (1996))
66.Həsənov Bahadur Tehran - Lənkəran (1995)
67.Həsənov İqbal Ağadadaş - Şağlaser kəndi (2003)
68.Həsənov İslam Sahib - Qumbaşı kəndi (1992)
69.Həsənov Laçın Nəriman - Lənkəran (1994)
70.Həsənov Mübariz Ağakişi - Lənkəran (1994)
71.Həsənov Namiq Aşur - Şıxakəran kəndi (1994)
72.Həsənov Rüfət Şakir - Viravul kəndi (1992)
73.Həsənov Vasif Bəxtiyar - Liman şəhəri (1992)
74.Həsənov Yalçın İznadə - Lənkəran (1994)
75.Həşimov Seymur Qulu - Lənkəran (1994)
76.Hüseynov Famil Ağaverdi - Mamusta kəndi(itgin düşüb-1994)
77.Hüseynov Fərman Ağahüseyn - Liman şəhəri (1992)
78.Hüseynov Həsrət Qəzənfər -İstisu qəsəbəsi(1992)
79.Hüseynov İdrak Ağamoğlan - Osaküçə kəndi (1993)
80.Hüseynov Mahir Balaxan - Lənkəran (2002)
81.Hüseynov Qadir Əlibala – Moloja kəndi (1996)
82.Hüseynov Rəşadət Xanağa - Lənkəran (1993)
83.Hüseynov Sadiq Beytulla – Daşdalıqjar kəndi(1992)
84.Hüseynov Vasif Məhbub - Nərimanabad qəsəbəsi(1992)
85.Hüseynov Ədalət Hacıbala - Vilvan kəndi (1995)
86.Heydərov Şaban Hüseyn - Bürcəli kəndi (1994)
87.Xalıqov Ərəstun Yədulla - Əşlə kəndi (1994)
88.Xəlilov Asif Fəzail - Vel kəndi (1992)
89.İbadov Camal Hacıbaba - Lənkəran (1992)
90.İbadov Rasif Elman - Cil kəndi (1993)
91.İbadov Səbuhi Mürüvvət – Cil kəndi (1995)
92.İbadov Vüqar Səfər - Lənkəran (1996)
93.İbayev Mais Böyükağa - Liman şəhəri (1994)
94.İbrahimov Aftandil Ağamalı - Sütəmurdov kəndi (2011)
95.İbrahimov Faiq Fikrət - Siyavar kəndi (1994)
96.İnnətullaev Rövşən Əbdül - Bürcəli (1993)
97.İsmayılov Habil Oruc - Lənkəran (itgin düşüb-1993)
98.İslamov Əlizaman Fərrux - Cil kəndi (2016)
99.Kazımov Cəmil Mirzəxan - Diryan kəndi (1992)
100.Kazımov Kamil Kazım - Osaküçə kəndi (1994)
101.Kazımov Ramil Cəsail - Zövlə kəndi (2011)
102.Kazımov Rövşən Ağamir - Osaküçə kəndi (1994)
103.Kərimov Atif İslam - Digah kəndi (1994)
104.Kərimov Ramiz Qüdrət - Nərimanabad qəsəbəsi (1993)
105.Kərimov Vüqar Aslan - Lənkəran (1993)
106.Qafarov Hikmət Fədail - Digah kəndi (1994)
107.Qafarov Mehman Yəhya - Lənkəran (1993)
108.Qarayev Məmməd Daşdəmir - Zövlə kəndi (1992)
109.Qasımov İlyas Həşim - Boladi kəndi (1992)
110.Qasımov Vidadi Hacıağa - Digah kəndi (1993)
111.Qədirov Elşad Əlihəddin - Lənkəran (1994)
112.Quliyev Əkrəm Məcid - İstisu qəsəbəsi (1994)
113.Quliyev Cəmil Fərəməz - Lənkəran (1992)
114.Qurbanov Müşfiq Sabir - Tutəpeştə kəndi (itgin düşüb-1993)
115.Qurbanov Rəsul Əbdülqəni - İstisu qəsəbəsi (1992)
116.Qurbanov Ziya Mahmud - Xolmili kəndi (itgin düşüb-1993)
117.Lətifov Arzuman Sabir - İstisu qəsəbəsi(1994)
118.Mahmudov Anar Fizuli - Lənkəran (1994)
119.Mahmudov İlqar İslam - Liman şəhəri (1992)
120.Manafov Natiq Babulla - Lənkəran (1994)
121.Məcidov Məhəmməd Həzrətqulu - Lənkəran (1994)
122.Məhərrəmov Rəmzi Ramiz - Viravul kəndi (1994)
123.Məlikov Zahir Hidayət - Aşağı Nüvədi qəsəbəsi (1992)
124.Məmmədov Aqil Natiq - Lənkəran (2005)
125.Məmmədov Məmməd Firudin - Xarxatan kəndi (itgin düşüb-1994)
126.Məmmədov Rasim Əbdüləli - Lənkəran (1992)
127.Məmmədov Elman Xosrov – Nərimanabad qəsəbəsi (1992)
128.Mikayılov Sehran Mehman - Girdəni kəndi (itgin düşüb-1993)
129.Mirzəcanov Mais Hüseynağa - Yuxarı Nüvədi qəsəbəsi (1994)
130.Mirzəyev Şahlar Rəhmət - Boladi kəndi (itgin düşüb-1993)
131.Musayev İbad Musarza - Şağlaser kəndi (itgin düşüb-1992)
132.Mustafayev Ramiz Fazil – Lənkəran (1994)
133.Nəcəfov Səfərəli Rafiq - Boladi kəndi (1993)
134.Nəsirov Fizuli Əvəz - Haftoni kəndi (1994)
135.Nəsirov Əkbər Ramiz - Tutəpeştə kəndi (1993)
136.Nəzərov Mikayıl Alxaz - Parakənd kəndi (1993)
137.Nurullayev Zaur Qubad - Şağlaser kəndi (2003)
138.Rəhimov Kamil Kamal - Liman şəhəri (1992)
139.Rəhmanov Elşən Aydəmir - Boladi kəndi (itgin düşüb-1994)
140.Rəsulov Eldəniz Akif - Nərimanabad qəsəbəsi (1997)
141.Rəsulov Müşfiq Ağarza - Aşağı Nüvədi qəsəbəsi (itgin düşüb-1994)
142.Rüstəmov Şahin Hakim - Gərmətük qəsəbəsi (1992)
143.Rzayev Asəf Zabulla - Mamusta kəndi (1994)
144.Rzayev İlham Səxavət - Aşağı Nüvədi qəsəbəsi (itgin düşüb-1994)
145.Rzayev Mail Surət - Sinovli kəndi (1999)
146.Rzayev Murad Heybət - Osaküçə kəndi (1994)
147.Rzayev Ramin Əvəz - Lənkəran (1998)
148.Rəcəbov Ruslan Rəcəbəli - Lənkəran (2005)
149.Sadıqov Vaqif Əliabbas - Şilavar kəndi (1994)
150.Salayev İbrahim Kişi - Zövlə kəndi (1994)
151.Salayev Vidadi Qurbanəli - Nərimanabad qəsəbəsi (2003)
152.Salmanov Rəşid Akif - Xolmili kəndi (itgin düşüb-1992)
153.Səfərov Nahid Fikrət - Vilvan kəndi (2016)
154.Səfərov Anar Aslan - Lənkəran (2007)
155.Süleymanov Valid Rakif - Türkəkəran kəndi(1993)
156.Şabanov Mahir Novruz - Havzava kəndi (1993)
157.Şahverdiyev Fuad Rəhim - Lənkəran (1994)
158.Şəfiyev Rövşən Qulam - Kərgəlan kəndi (1993)
159.Şərifov İntiqam Fəyaz - Parakənd kəndi (1994)
160.Şükürov Camal Hüseyn - Osaküçə kəndi (1994)
161.Şükürov Barat Hidayət – Digah kəndi (1993)
162.Yunusov Ağakərim Mirzə - Kosalar kəndi (1992)
163.Yusubov Ayaz Şirinəli - Bəlıton kəndi (itgin düşüb-1994)
164.Yusubov Mahir Cəlal - Lənkəran (2003)
165.Zamanov Teymur Cəlal - Ürgə kəndi (1992)
166.Zeynalov Qadir Qubad - Darquba kəndi (1994)
167.Zülfüqarlı Qalib Laim – Vilvan kəndi (2016)

Aprel şəhidlərimiz

Əsgər İslamov Əlizaman Fərrux - Cil kəndi (1997)

Ağayev Rusif İbrahim - Hirkan kəndi (1987)

MİLLİ QƏHRƏMANLARIMIZ

Əliyev Əsgər Ələkbər oğlu (d. 08.11.1974, Lənkəran rayonu, Ləj kəndi – 17.03.1995, Ləj kəndi) – Azərbaycan Respublikasının Milli Qəhrəmanı (04.04.1995).

Abdullayev Rövşən Əbdülhüseyn oğlu (d.16.01.1969, Lerik rayonu – 13.09.1992) – hərbçi-zabit, Azərbaycan Respublikasının Milli Qəhrəmanı (15.01.1995)

Bayramov Sultanağa Nəhmət oğlu (d. 17.10.1936, Lənkəran rayonu, Şürük kəndi – 23.08.1993, Lənkəran şəhəri) – azadlıq uğrunda mübariz, Azərbaycan Respublikasının Milli Qəhrəmanı (1993).

Əliyev Etibar Böyükağa oğlu (d.11.07.1955, Lənkəran şəhəri – 23.08.1993, Lənkəran şəhəri) – Azərbaycan Respublikasının Milli Qəhrəmanı (1993).

Təhməzov Paşa Qurban oğlu (d.23.03.1949, Lənkəran şəhəri – 23.08.1993, Lənkəran şəhəri) – azadlıq uğrunda mərd, mübariz, Azərbaycan Respublikasının Milli Qəhrəmanı (1993).

Allah rəhmət eləsin bütün Şəhidlərimizə.Onların ruhu qarşısında baş əyirik.Şəhidlər unudulmur!