Mərkəz haqqında məlumat

Mərkəz haqqında məlumat

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsini əbədiləşdirmək, onun ictimai - siyasi irsinin təbliği və tədqiqi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2006- cı il tarixli,1886 nömrəli sərəncamı ilə respublikanın bölgələrində Heydər Əliyev Muzeyləri yaradıldı.

Heydər Əliyevin azərbaycançılıq ideologiyasının və dövlətçilik siyasətinin aşılanmasına istiqamətləndirilmiş bir missiyanı yerinə yetirən belə bir Muzeyin Lənkəran şəhərində də rəsmi açılışı 08 oktyabr 2008-ci il tarixində Prezident İlham Əliyev və birinci xanım Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın iştirakı ilə həyata keçirilmişdir.

Sonrakı illərdə Respublikamızda Heydər Əliyev Muzeylərinin Ulu Öndərin həyatı və ictimai-siyasi fəaliyyətinin tədqiqi və təbliği sahəsindəki xidmətləri, fəaliyyət dairələrinin geniş və çoxşaxəli olması nəzərə alınaraq bu tip muzeylər Mərkəzlərə çevrilmişdir. Lənkərandakı Heydər Əliyev Muzeyində də bu məqsədlə 2012 –ci ilin yanvar- iyul aylarında əsaslı təmir və yenidənqurma işləri aparılmış, Mərkəz kimi açılışı 31 iyul 2012-ci ildə olmuşdur. Hazırda Lənkərandakı Heydər Əliyev Xatirə Parkında yerləşən Mərkəzin ümumi sahəsi 2000 kv.m.dir.

Mərkəz öz işini Heydər Əliyev Mərkəzləri haqqında Əsasnaməyə, Mədəniyyət Nazirliyinin tövsiyə və tapşırıqlarına uyğun hazırlanmış Fəaliyyət Proqramı əsasında qurmuşdur. Proqram çərçivəsində ideoloji və muzey işinin inkişafına istiqamətləndirilmiş layihələrin icrası davam etdirilir. “Mədəniyyət haqqında”,”Muzeylər haqqında” və digər qanunverici aktlara istinadən rayondakı dövlət qurumları və qeyri hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində vaxtaşırı müxtəlif mədəni-kütləvi tədbirlər təşkil olunmuşdur.

Mərkəzdə Ulu Öndərin həyatını və siyasi fəaliyyətini canlandıran memorial muzey, 3D avadanlığı ilə təchiz edilmiş kinozal, elektron kitabxana, internet klub, kafe, linqivistika otağı, rəsm studiyası, fotostudiya, şahmat otağı, nikah otağı, VİP, tədqiqatçılar otağı, akt və konfrans zalları vardır. Zallar müasir akustika sistemləri ilə təchiz olunmuşdur.

Ümumilikdə muzeyin əsəs fondunda Ulu Öndərin həyat və fəaliyyəti ilə, Prezident cənab İlham Əliyevin Lənkəran səfərlər ilə, Azərbaycanın tarixi ilə bağlı 500-dən artıq eksponat vardır.

Muzeydə fotolardan ibarət müxtəlif adda stendlər gələn qonaqların istifadəsinə verilmişdir. Bu stendlər Ümummilli Lider Heydər Əliyevin zəngin həyat və fəaliyyəti, müxtəlik dövrlərdə gördüyü işlərlə və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Lənkəran səfərləri ilə bağlıdır.

Mərkəzdə eləcə də Heydər Əliyev Fondunun təşəbbüsü ilə ölkənin ictimai-siyasi, sosial-mədəni həyatında, vətəndaş cəmiyyəti quruculuğunda daha fəal layihələr həyata keçirmək məqsədilə yaradılmış "Regional İnkişaf" İctimai Birlik fəaliyyət göstərir.

Mərkəzdə rəsm studiyası, xarici dil kursları, şahmat və internet klublarının fəaliyyəti daha da təkmilləşdirilmiş, bu resurslara cəlb olunan gənclərin, yeniyetmələrin bilik və bacarıqlarının inkişafına istiqamətləndirilmiş müxtəlif tədbirlər, turnirlər, intelektual oyunlar, nominasiyalar üzrə sərgilər və müsabiqələr təşkil olunur. Mərkəzin elektron kitabxanasından və digər xidmət resurslarından ali və orta ixtisas məktəbi tələbələrinin, şagirdlərin istifadəsi üçün hər bir şərait yaradılmışdır.

Böyük azərbaycanlı, siyasi Lider Heydər Əliyevin zəngin tarixi irsinin təbliği və tədqiqi ,böyüməkdə olan gənc nəslin azərbaycançılıq ideologiyası ruhunda formalaşması istiqamətində fəaliyyət göstərən Lənkəran şəhər Heydər Əliyev Mərkəzi bu gün rayonda ən önəmli ideoloji- siyasi Mərkəzə çevrilmişdir.

Mərkəzin bukleti var.