Mərkəzin binası

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsini əbədiləşdirmək, onun ictimai - siyasi irsinin təbliği və tədqiqi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2006- cı il tarixli, 1886 nömrəli sərəncamı ilə respublikanın bölgələrində Heydər Əliyev Muzeyləri yaradıldı.

Heydər Əliyevin azərbaycançılıq ideologiyasının və dövlətçilik siyasətinin aşılanmasına istiqamətləndirilmiş bir missiyanı yerinə yetirən belə bir Muzeyin Lənkəran şəhərində də rəsmi açılışı 08 oktyabr 2008-ci il tarixində Prezident İlham Əliyev və birinci xanım Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın iştirakı ilə həyata keçirilmişdir.

Sonrakı illərdə Respublikamızda Heydər Əliyev Muzeylərinin Ulu Öndərin həyatı və ictimai-siyasi fəaliyyətinin tədqiqi və təbliği sahəsindəki xidmətləri, fəaliyyət dairələrinin geniş və çoxşaxəli olması nəzərə alınaraq bu tip muzeylər Mərkəzlərə çevrilmişdir. Lənkərandakı Heydər Əliyev Muzeyində də bu məqsədlə 2012 –ci ilin yanvar- iyul aylarında əsaslı təmir və yenidənqurma işləri aparılmış, Mərkəz kimi açılışı 31 iyul 2012-ci ildə olmuşdur. Hazırda Lənkərandakı Heydər Əliyev Xatirə Parkında yerləşən Mərkəzin ümumi sahəsi 2000 kv.m.dir

Mərkəzin binası 2 mərtəbədən ibarətdir.

Heydər Əliyev xatirə parkında yerləşən Mərkəzin muzeyində Ulu Öndərin büstü qoyulmuşdur. Muzeydə görkəmli dövlət xadiminin həyatı və siyasi fəaliyyətinin müxtəlif dövrlərinə aid maraqlı sənədlər və fotolar toplanmışdır. Burada Ulu Öndər Heydər Əliyevin uşaqlıq, gənclik və tələbəlik illəri, eləcə də dövlət təhlükəsizlik orqanlarında çalışdığı dövrlərə aid maraqlı fotolar vardır. Bu fotolardan aydın görünür ki, bütün həyatını xalqının inkişafına həsr edən Ümummilli Lider istər sovet hakimiyyəti, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərliyi dövründə ölkəmizi tərəqqi yoluna çıxarmışdır.

Burada, həmçinin 3D avadanlığı ilə təchiz edilmiş kinozal, elektron kitabxana, tədqiqatçılar otağı, internet klub, kafe, linqvistika otağı, nikah otağı, rəsm studiyası, şahmat və intellektual oyun otaqları vardır.

Binada yaradılan tədqiqatçılar qrupunda Ümummilli Lider Heydər Əliyevin 1973-1998-ci illərdə Lənkərana səfərlərinə dair fotolar, qəzetlər, sənədlər toplanmışdır. Həmin səfərlər zamanı Ulu Öndər Heydər Əliyev ilə görüşən insanların xatirələri və səs yazıları burada toplanmışdır.

Mərkəzdəki 220 yerlik akt və 50 yerlik konfrans zallarında rayonun ictimai-siyasi və mədəni həyatında, əlamətdar günlərdə müxtəlif tədbirlərin keçirilməsi üçün geniş şərait yaradılmışdır. Zallar müasir akustika sistemləri ilə təchiz olunmuşdur.

Muzey

Foye

Akt zalı

Kobfrans zalı

Elektron kitabxana

Nikah otağı

Kinoklub