"Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur" adlı onlayn mühazirə təşkil edildi

"Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur" adlı  onlayn mühazirə   təşkil edildi

Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur.

Müasir Azərbaycan tarixi dedikdə ilk öncə gözümüz önündə ulu öndərimiz, bütün varlığı ilə xalqına böyük məhəbbətlə bağlanmış olan Heydər Əliyev canlanır. O özünün dediyi kimi azərbaycanlı olması ilə daim qürur duyurdu : — “Mən həmişə fəxr etmişəm və indi də fəxr edirəm ki, azərbaycanlıyam ”.

Heydər Əliyev dünya tarixində ən ziddiyyətli yüzilliklərdən biri olan iyirminci əsrdə müasir Azərbaycanın qurucusu zirvəsinə yüksəldi. 40 ildən artıq olan bir dövr -Heydər Əliyev şəxsiyyəti ilə, onun quruculuq fəaliyyəti və ölkənin tərəqqisi naminə mübarizəsi ilə bağlıdır. Heydər Əliyev Azərbaycan torpağının xalqımıza bəxş etdiyi tarixi şəxsiyyətdir. O, Azərbaycanın tarixi inkişaf prosesinin əsasını qoymuş, müstəqil Azərbaycan dövlətinin memarı kimi dövlətçiliyimizi formalaşdırmışdır.
Heydər Əliyev, xalqın ayrılmaz hissəsi olan əbədi şəxsiyyət idi. Millətin dərdi, ağrısı onun dərdi, xalqının xoşbəxtliyi onun xoşbəxtliyi idi.

Heydər Əliyevin hələ Sovet Azərbaycanına rəhbərliyi dövründə həyata keçirdiyi çoxşaxəli fəaliyyəti xalqımızda milli qürur, milli mənlik şüurunun formalaşmasına, azadlıq, müstəqillik duyğularının baş qaldırmasına gətirib çıxarmışdır. Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin memarı və qurucusudur. Heydər Əliyev azərbaycanlı olmağı ilə nə qədər fəxr edirdisə, Azərbaycan xalqı da öz böyük oğluna görə daha bəxtəvərdir.
Azərbaycan Respublikasının 1969–cu ildən başlayan yeni tarixi, müstəqil dövlət kimi ölkəmizin və xalqımızın taleyi, ölkə həyatında əldə edilmiş nailiyyətlər yalnız və yalnız dahi şəxsiyyət Heydər Əliyevin adı və müdrik dövlətçilik siyasəti ilə bağlı olmuşdur.

“ Azərbaycan tarixinin Heydər Əliyev dövrü ” kimi qiymətləndirilən bu zaman kəsiyi ərzində ulu öndərimiz tərəfindən görülən böyük işlərin, onun həyata keçirdiyi xilaskarlıq və quruculuq missiyasının məntiqi nəticəsidir ki, bu gün xalqımız müstəqil, demokratik və hüquqi dövlətdə yaşamaq imkanı əldə etmiş, öz xoşbəxt gələcəyini təmin etmək üçün bütün təminatlara, ən başlıcası, siyasi və iqtisadi müstəqilliyə nail olmuşdur.
Heydər Əliyev respublikamızda quruculuq tədbirlərinə neft strategiyasının yaradılması və həyata keçirilməsi ilə başladı. Məhz Heydər Əliyev tərəfindən dəqiqliklə həyata keçirilmiş neft strategiyası respublikamızda ilbəil hiss etdiyimiz iqtisadi inkişafın təməlidir. Dünyada analoqu olmayan “ Əsrin müqaviləsi ” bağlanmış 21 müqavilədən biri idi.

Heydər Əliyev çağdaş dünyanın siyasi tarixində öz izini qoymuş, adını əbədi olaraq tarixə həkk etmiş böyük şəxsiyyətdir.

https://youtu.be/LA6ERYCuJoI