"Şuşa-Milli mədəniyyətimizin beşiyi” adlı rəsm müsabiqəsi elan edilir

"Şuşa-Milli mədəniyyətimizin beşiyi” adlı rəsm müsabiqəsi elan edilir

Kürdəmir Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Kürdəmir rayon Heydər Əliyev Mərkəzi Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin müvafiq sərəncamı əsasında 2022-ci ilin "Şuşa İli "elan edilməsi ilə əlaqədar olaraq ,"Şuşa-Milli mədəniyyətimizin beşiyi” adlı rəsm müsabiqəsi elan edir.

Müsabiqənin şərtləri:

Müabiqədə məktəblilər və 18 yaşadək gənclər iştirak edə bilər.

Müəlliflər rəsmləri A3 formatında işləməli aşağıda verilmiş anket formasındakı məlumatları dolduraraq ,rəsmlə birlikdə Kürdəmir rayon Heydər Əliyev Mərkəzinə təqdim etməlidirlər.

1.Müsabiqəyə tədim edilən əsərlərin orijinal nüsxəsi.

2.Müəllifin şəxsiyyət vəsiqəsinin surəti

Müsabiqə iştirakçılarına tövsiyyə olunan mövzular:

Şuşa şəhərinin tarixi abidələrinin təsviri

Şuşa şəhəri üçün xarakterik musiqi və müxtəlif sənət alətlərinin təsviri

Şuşa şəhərində yaşayış bölgəsinin, məhəllənin, küçənin, həyətin və təbiətin təsviri

Şuşa şəhərinə aid müxtəlif peşə sənət sahiblərinin obrazıarının təsviri

Şuşa şəhərinin tarixinə məxsus qədim milli geyimlərin təsviri

Müsabiqədə iştirak üçün namizədlərin qeydiyyatı və əsərlərin qəbulu 21.01.2022-ci il tarixindən 21.02.2022-ci il tarixinədək həyata keçirilir.

Əsərlər təqdim olunduqca Kürdəmir rayon Heydər Əliyev Mərkəzinin fasebook səhifəsində yayımlanacaq.

Müsabiqənin sonunda təqdim olunmuş əsərlərdən ibarət sərgi təşkil olunacaq, təyin edilmiş münsiflər heyəti tərəfindən 1,2,3-cü yerlərin qalibi müəyyən ediləcək.

Qaliblər diplom ,fəxri fərman və hədiyyələrlə təltif olunacaqlar.