"Şirin xatirələr" adı altında videokonfrans təşkil edildi

"Şirin xatirələr" adı altında videokonfrans təşkil edildi

07.08.2020 – ci il tarixində Tərtər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə regionlarda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzlərinin iştirakıyla "Şirin xatirələr" adı altında videokonfrans təşkil edildi. Konfransda bir neçə Heydər Əliyev Mərkəzi həmçinin Samux Heydər Əliyev Mərkəzi vaxtilə ulu öndər Heydər Əliyevlə görüşmüş insanlarla "Qonaqlı Mərkəz" olaraq qoşuldular. Öz növbəsində çıxış üçün söz alan Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova bu cür maraqli tədbirin təşəbbüskarı və təşkilatçısı Tərtər Heydər Əliyev Mərkəzinin direktoru Səlimə xanıma dərin təşəkkürünü bildirdi. Və qonaqlarını təqdim etdi. Həmin qonaqlar Ulu Öndərlə bağlı xatirələrini bölüşdülər. Samux Heydər Əliyev Mərkəzinin təqdim etdiyi qonaqlar Aida Elyazova və Sevil Elyazova 1983 cu ildə Vyetnamda Da çayı üzərində nəhəng su elektrik stansiyasınin tikintisində baş energetik mühəndis işləyən Fəxrəddin Elyazovla birlikdə Ulu Öndərlə olmuş xatirələrini bölüşdülər.