“ Ana dilim- doğma dilim“ mövzusunda şer müsabiqəsi elan edilir

“ Ana dilim- doğma dilim“ mövzusunda şer müsabiqəsi elan edilir

ELAN!

Kürdəmir Regional Mədəniyyət İdarəsi Kürdəmir rayon Heydər Əliyev Mərkəzi və Kürdəmir rayon Gənclər və İdman İdarəsinin birlikdə təşkilatçılığı ilə 1 avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü ilə əlaqədar məktəblillər arasında “ Ana dilim- doğma dilim" mövzusunda şer müsabiqəsi elan edilir.

Müsabiqəyə yaşından asılı olmayaraq, hər bir məktəbli qoşula bilər. Müsabiqədə iştirakçılar söylədikləri şerləri 1 iyul 2020 – ci il tarixindən 25 iyul 2020 – ci il tarixinə qədər Kürdəmir rayon Heydər Əliyev Mərkəzinin və Kürdəmir rayon Gənclər və İdman İdarəsinin facebook səhifəsinin mesaj bölməsinə və ya aşağıdakı e – mail ünvanına göndərməklə iştirak edə bilər.

Kürdəmir rayon Heydər Əliyev Mərkəzinin e-mail ünvanı: h.eliyevmerkez@mail.ru, whatsapp 050-763-79-76.

Kürdəmir rayon Gənclər və İdman İdarəsinin e-mail ünvanı: kurdemir33gii@mail.ru, whatsapp 070-790-02-72