Yaxın mədəniyyət müəssisələri

Yaxın  mədəniyyət müəssisələri

Kürdəmir rayon Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkı

Kürdəmir rayonunda yerləşən, 7 hektar ərazini əhatə edən, Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkı 7 avqust 2013 – cü ildə rayon sakinlərinin istifadəsinə verilmişdir. Parkın ərazisində 2 ədəd dekorativ fontan ,

1 ədəd şəlalə, istirahət guşələri, Ana və Uşaq kafesi, Uşaq əyləncə mərkəzi, atraksionlar və 400 nəfərlik açıq konsert meydançası vardır.

Kürdəmir rayon Olimpiya İdman Kompleksi

Kürdəmir Olimpiya İdman Kompleksinin təməli 2005-ci ilin oktyabrında qoyulmuş, 24 sentyabr 2008-ci ildə isə cənab prezident İlham Əliyevin Kürdəmir rayonuna səfəri zamanı rəsmi açılış mərasimi olmuşdur. Burada respublika və beynəlxalq səviyyəli yarışların keçirilməsi üçün gözəl şərait yaradılmışdır. 5,5 hektar ərazidə yerləşən bu idman qurğusu həm də şəhərə xüsusi yaraşıq verir. Kompleksin ərazisində futbol, voleybol, basketbol meydançaları, məşq otaqları, böyük idman salonu və digər yardımçı otaqlar mövcuddur. Rayonda ən populyar idman növü güləşvoleyboldur.

2018-ci ilin oktyabrın 9-da Kürdəmir Olimpiya İdman Kompleksində 18 Oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə bədii gimnastika üzrə “Kurdəmir kuboku” keçirilmişdir. Yarışda respublikamızın 14 klubundan 2001-2011- cil il təvəllüdlü 100-dək idmançı iştirak edib. Bədii gimnastika üzrə “Kürdəmir Kuboku” nun yekununa əsasən fərqlənmiş cəmiyyətlər arasında bölgələr üzrə Qusar idmançıları birinci pillədə qərarlaşdılar. Kürdəmir və Gəncə komandaları müvafiq olaraq ikinci və üçüncu pillədə yer aldı. Qrup hərəkətləri üzrə yarışlarda birinci yerə “Şağan”, ikinci yerə “Zirə”, üçuncü yerə “Kürdəmir” komandası layiq görülmüşdür.

Kürdəmir Rayon Gənclər Evi

Kürdəmir rayon Gənclər Evi 24 sentyabr 2008-ci ildən fəaliyyətə başlamışdır. Gənlər Evinin açılışında prezident İlham Əliyev iştirak etmişdir. Rayon gənclərinin istifadəsinə verilən Gənclər Evinin ümumi ərazisi 400 kv m -dir. Burada gənclərin asudə vaxtlarının daha səmərəli keçirilməsi üçün hər cür şərait vardır. Gənclər Evində stolüstü oyunlar, kompyuter kursu, milli kulinariya kursu fəaliyyət göstərir.