Muzeydə Ulu Öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyətinə dair tarixi fotolar və sənədlərə geniş yer verilib. Burada Ümummilli Liderin həyatının uşaqlıq, gənclik və tələbəlik illəri, Milli Təhlükəsizlik orqanlarında fəaliyyətinə aid, həmçinin sovet və müstəqillik dövrünə aid müxtəlif fotoları maraqla qarşılanır. Bu fotolarda Ümummilli Liderin istər sovet hakimiyyəti illərində, istərsə də müstəqillik dövründə Azərbaycana rəhbərliyinin müxtəlif məqamları əks olunub. Bundan başqa, Mərkəzdə Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş kitablar, sənədlər və digər maraqlı eksponatlar sərgilənir. Heydər Əliyevin gələcək nəsillərə örnək olacaq həyat yolunu əks etdirən ekspozisiya zalı 12 fotostend, 4 sənəd vitrinindən və 1 yağlı boya ilə işlənmiş portretdən ibarətdir. Muzeyin bir hissəsində prezident İham Əliyevin Kürdəmirə etdiyi səfərlərin fotoları sərgilənir.