Kürdəmir rayon Heydər Əliyev Mərkəzinin kitabxanasında Ümummilli lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti, ailəsi, hakimiyyətdə olduğu dövr və.s haqqında geniş məlumata malik kitablar, jurnallar, disklər və Ulu Öndərin siyasətini uğurla davam etdirən Cənab Prezident İlham Əliyevin siyasi fəaliyyətini əks etdirən kitablar oxucularımıza təqdim olunur. Bundan başqa kitabxanamızda Azərbaycan tarixi, Azərbaycan ədəbiyyatı və Azərbaycan adət-ənənələri haqqında müxtəlif materiallar nümayiş etdirilir.