Heydər Əliyev və Kürdəmir

"Heydər Əliyevin Kürdəmirə həmişə xüsusi diqqəti və qayğısı olmuşdur."(İlham Əliyev.)

Xalqın sevimlisi olan Heydər Əliyev 1976, 1978, 1979, 1981, 1998-ci illərdə Kürdəmirə səfər etmişdir.

I SƏFƏR (15.07.1976).
Azərbaycan respublikasına rəhbərlik etdiyi dövrdə Heydər Əliyev Kürdəmir rayonuna birinci dəfə 15 iyul 1976-cı ildə səfər etmişdir. Səfər zamanı bir sıra təsərrüfatlarda olmuş, pambıq tarlalarını gəzmiş, əkin sahələrinin vəziyyəti, onların becərilməsinin gedişi ilə yaxından tanış olmuş, əmək adamları ilə görüşüb söhbət etmiş, onların həyat şəraiti ilə tanış olmuş, ehtiyac və tələbləri ilə maraqlanmışdır. Heydər Əliyev ilk dəfə “Bakı fəhləsi” kolxozundakı Hüseyin Salmanovun başçılıq etdiyi pambıqçılıq sahəsində olmuşdur. O, nümunəvi təsərrüfatla yaxından tanış olmuş və qabaqcıl əmək adamları ilə dialoqa girmişdi. Buradakı mədəni tarla düşərgəsi ilə tanış olmuşdur. Briqada üzvləri Heydər Əliyevə məlumat verərək bildirmişlər ki, onlar bu il dövlətə bol pambıq satacaq, hər hektardan 50 sentnerdən çox məhsul götürəcəklər.
Kolxoz əməkçiləri ilə söhbət zamanı Heydər Əliyev təsərrüfatın başqa sahələri ilə maraqlanmışdır. Heydər Əliyev sonra S. M. Kirov adına kolxozda olmuş, pambıq briqadiri Hüsenbaba Hüseynovla görüşmüş, pambıq tarlasını gəzmiş, briqada üzvləri ilə söhbət etmişdir. Görüş zamanı pambıqçılıq briqadirli Hüseynbaba Hüseynov əldə edilən uğurlardan iftixarla söhbət açmışdır.

İstirahət saatlarında Kürdəmir rayon Mədəniyyət Evinin musiqi kollektivi və görkəmli aşıq Əhməd Rüstəmov rəhbəri salamlamış və rəhbərin şərəfinə mahnılar söyləmişdir.

R.Axundov adına kolxozda olan Heydər Əliyev kolxozun sədri Şamil Vəliyevlə söhbət etmiş və kolxozda olan problemlərlə yaxından maraqlanmışdır.

II SƏFƏR (30 may 1978).

Heydər Əliyevi Kürdəmir dəmiryolu vağzalında Kürdəmir rayon Partiya Komitəsinin birinci katibi Bllal Mahmudov və rayon məktəbliləri qarşılamışdır.

30 may 1978 –ci ildə Kürdəmir Mədəniyyət Evində keçırılmış rayon təsərrüfat fəallarının yığıncağında ilin plan və öhtəliklərinin necə yerinə yetirilməsindən, kənd təsərrüfatı işlərinin gedişindən söhbət açılmışdır. Fəallar yığıncağının iştirakçıları tərəfindən hərarətlə qarşılanan Heydər Əliyev yığıncaqda çıxış edərək göstərmişdir

ki, ötən il zərbəçi əmək növbəsində dayanan kürdəmirlilər parlaq nailiyyətlər qazanmışlar. Hazırda kənd əməkçilərinin fədakar əməyi sayəsində bu ilin bol məhsulun möhkəm təməli qoyulur. O qeyd etmişdir ki, kənd təsərrüfatı istehsalını yüksəltmək, rayonda sağlam mənəvi siyasi şərait yaratmaq sahəsində rayon rəhbərlərinin fəaliyyəti yüksək qiymətləndirilməlidir.

Heydər Əliyev göstərmişdir ki, kənd təsərrüfatı işlərinin sürət və keyfiyyətini yüksəltmək, taxıl yığımını qısa müddətdə və itkisiz başa çatdırmaq, kənd təsərrüfatı bitkilərinin və heyvandarlığın məhsuldarlığının daha da yüksəldilməsi, onun yem bazasının möhkəmləndirilməsi sahəsində rayonda mövcud olan böyük ehtiyat mənbələrindən geniş istifadə etmək lazımdır. Sonra Heydər Əliyev rayon əməkçilərinin 1978-ci ili ləyaqətli əmək töhfələri ilə başa çatdıracaqlarına əmin olduğunu bildirmiş, bu işdə rayonun bütün əməksevər insanlarına müvəffəqiyyətlər arzulamışdır.

Səfər zamanı Heydər Əliyev rayonun qabaqcıl kolxozlarından olan R.Axundov adına, ”Bakı fəhləsi”, S.M.Kirov adına kolxozların pambıq tarlalarında olmuş, mövcud vəziyyətlə yerində maraqlanmış, kənd təsərrüfatı texnikalarına baxış keçirmişdir.

30 may 1978-ci il səfəri zamanı Heydər Əliyev Kürdəmir rayonunda Tarix-Diyarşünaslıq muzeyinin yaradılması haqqında göstəriş vermişdir.

III SƏFƏR (iyul 1979)

Heydər Əliyev A zərbaycanın bölgələrinə səfəri ərəfəsində Kürdəmir dəmiryolu vağzalında Kürdəmir rayonunun bir qrup nümayəndə heyyəti ilə görüşmüşdür.

Rayonda gedən quruculuq abadlıq işləri ilə maraqlanmış, kənd təsərrüfatı işlərinin ahəgdar inkişafı üçün qiymətli məsləhətlər vermişdir. Sonra Heydər Əliyev səfərini Kürdəmirdən digər bölgələrə davam etdirmişdir.

IV SƏFƏR (iyul 1981 ).
Heydər Əlirza oğlu Əliyevin Kürdəmir rayonuna dördüncü səfəri onun İsmayıllı rayonuna səfəri zamanı reallaşmışdır, belə ki, Heydər Əliyev İsmayıllı rayonuna səfəri zamanı qatarla Kürdəmirə gəlmiş, sonra səfərini avtomaşınla davam etdirmişdir. Kürdəmir dəmiryolu vağzalında Heydər Əliyevi Kürdəmir rayon PK-nin birinci katibi Bilal Mahmudov və rayon əhalisinin nümayəndələri qarşılamışdır. Heydər Əliyev rayon əhlisinin nümayəndələri ilə səmimi söhbət etmişdir.

V SƏFƏR (24.IX.1998).

Heydər Əliyevin Kürdəmirə beşinci səfəri Azərbaycana rəhbərliyinin ikinci dövründə olmuşdur

Heydər Əliyev növbəti prezident seçkiləri ərəfəsində Kürdəmir rayonuna gəlmiş, seçicilərlə görüşmüşdür. Kürdəmir rayon Mədəniyyət və İstirahət parkının qarşısına toplaşmış yüzlərlə insan Heydər Əliyevi hərarətlə qarşılamışdır. Meydanın ayrı-ayrı yerlərindən “Heydər Əliyev, xalq Sizin arxanızda möhkəm dayanıb”, “Hörmətli Prezident, Kürdəmirə xoş gəlmişsiniz!” şüarları səslənmişdir. Heydər Əliyev meydana toplaşanlar qarşısında çıxış edərək, onu dinləyən insanlara söylədi :

"Əziz həmvətənlər, siz buraya mənim gəlişim münasibətilə toplaşmısınız. Eyni zamanda bunu belə başa düşürəm ki, mənə öz münasibətinizi bildirmək niyyətindəsiniz. Sizi ürəkdən salamlayıram buraya toplaşdığınıza görə hamınıza təşəkkür edir, hər birinizə cansağlığı, xoşbəxtlik arzulayıram."