“Dövlət-Xalq-Ordu birliyi” adlı dəyirmi masa keçirild

“Dövlət-Xalq-Ordu  birliyi” adlı dəyirmi masa keçirild

14 oktyabr 2021-ci il tarixində Kürdəmir rayon Heydər Əliyev Mərkəzində “Dövlət-Xalq-Ordu birliyi” adlı dəyirmi masa keçirildi.

Tədbirdə Kürdəmir rayon Heydər Əliyev Mərkəzinin direktoru Dürriyə Seyidova, Mərkəzin əməkdaşı Xəyyam Məlikov,Mərkəzin bələdçisi Aynurə Mehdizadə ,Kürdəmir rayon Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru Nicat Ağarəhimov, Kürdəmir şəhər 2 saylı və Kürdəmir şəhər 6 saylı orta məktəbin müəllim və şagirdləri iştirak etdi.

Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlandı.

Tədbiri giriş sözü ilə Mərkəzin direktoru Dürriyə Seyidova açaraq bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qurucusu Ümummilli Liderimiz Heydər Əliyev olan ordunun maddi-texniki bazasının gücləndirilməsi, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilməyə başlanıldı. Bu, Azərbaycanın ordu quruculuğunda İlham Əliyev mərhələsinin başlanğıcı idi. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin daxili siyasəti Azərbaycanın dinamik iqtisadi inkişafına, xarici siyasəti torpaqlarımızın işğaldan azad edilməsinə və dünya dövlətlərinin ədaləti dəstəkləməsinə, işğalçının işğalçı kimi tanınmasına istiqamətlənmişdi.

Prezident İlham Əliyevin 2005-ci il dekabrın 16-da Müdafiə Sənayesi Nazirliyinin yaradılması haqqında imzaladığı sərəncam ordu quruculuğunun daha dinamik aparılmasını təmin edən sərancam idi. Qısa müddətdə silah, hərbi sursat istehsalına başlanıldı. Nazirliyin istehsal etdiyi məhsulların 80 faizdən çoxu müdafiə təyinatlı idi. Silahlı Qüvvələrin balansında olan zavodlarda təmir, yenidənqurma işləri aparıldı.

Ordunun gücü, döyüş qabiliyyəti həm də döyüş texnikalarıyla, silah-sursatla bağlıdır. Azərbaycan Respublikasının bu müəssisələr indi ordumuzun inventarında olan hərbi texnikaların təmirini, ən müasir şəkildə modernləşdirilməsini həyata keçirməkdədir.

Xəyyam Məlikov vurğulayıb ki, istər daxili siyasətdə, istərsə də xarici siyasətdə elə strateji həmlələr etmək lazım idi ki, onlar nəticə etibarilə milli inkişafımıza və ərazi bütövlüyümüzün bərpa olunmasına gətirib çıxarsın. Bütün bunların hamısını edə bilmək isə mövcud qlobal və milli çağırışlar kontekstində, ikili standartların mövcud olduğu dünya nizamı, rəngli inqilablar erasında əslində bir möcüzə idi: İlham Əliyev bu möcüzəni yarada bildi. Soyuqqanlı ağılla hələ də dərk edilməsi çətin olan bir tarixi zəfərə imza atdı. Bütün dünyaya və dünya siyasətini müəyyən edən imperialist güc mərəkəzlərinə, onların təzyiqlərinə rəğmən Qarabağı işğaldan azad etdi, ərazi bütövlüyümüz bərpa olundu. Ancaq məsələyə strateji təhlil kontestində yanaşdıqda isə diqqəti çəkən əsas məsələ budur ki, bütün bu zəfərləri əldə etmək üçün çox dəqiq hesablanmış dərin hərbi-siyasi, diplomatik və sosial -iqtisadi planlaşdırma müəyyənləşdirilib və zərgər dəqiqliyi ilə həyata keçirilib.

N.Ağarəhimov çıxış edərək bildirib ki, Ordu quruculuğu məsələlərinin dövlət siyasətinin prioriteti kimi müəyyən olunması illər sonra öz nəticəsini göstərdi və Azərbaycan xalqı tarixi ədaləti bərpa etdi. 2003-cü ildən etibarən Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər, silahlı qüvvələrin hərbi hazırlıq səviyyəsinin artırılması ilə bağlı görülən işlər Qarabağ münaqişəsinin aqibəti ilə bağlı bəzi dairələrdə yaranan əminliyi darmadağın etdi. Azərbaycanda güclü müdafiə sənayesi quruldu. Qısa müddət ərzində görülmüş işlər sayəsində Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer aldı. Bunun üçün Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər görüldü.