“Böyük tarixi dönüşün möhtəşəm başlanğıcı”adlı videokonfrans keçirilib

“Böyük tarixi dönüşün möhtəşəm başlanğıcı”adlı videokonfrans keçirilib

15 iyul 2021-ci il tarixində Kürdəmir rayon Heydər Əliyev mərkəzinin təşkilatçılığı ilə mərhum prezident Heydər Əliyevin hakimiyyətə gəlməsinin 52-ci ildönümünə həsr edilmiş “Böyük tarixi dönüşün möhtəşəm başlanğıcı”adlı videokonfrans keçirilib. Konfransda Kürdəmir rayon Heydər Əliyev mərkəzinin direktoru və əməkdaşları, Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəis müavini Vaqif Alıyev və Kürdəmir Regional Mədəniyyət İdarəsinin müəssisələrinin rəhbərləri, Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova,Yevlax rayon Heydər Əliyev Mərkəzinin direktoru Aygün Qasımova, Hacıqabul rayon Heydər Əliyev mərkəzinin direktoru Aytən Zülfəliyeva ,Beyləqan rayon Heydər Əliyev mərkəzinin direktoru Xəyalə Kərimova, Gəncə şəhər MKS-nin 7 saylı filialının müdiri Natella Məmmədova ,Şəhid anası Simuzər Bağıyeva ,Kürdəmir rayon Gənclər İdman İdarəsinin rəisi Süleyman Əhmədov, Kürdəmir rayon Gənclər İdman İdarəsinin rəis müaini Qalib Baxşıyev iştirak etmişdir.

Ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin 52-ci ildönümünə həsr olunmuş konfransı giriş sözü ilə Kürdəmir rayon Heydər Əliyev Mərkəzinin direktoru Dürriyə Seyidova açdı. Dürriyə xanım qeyd edib ki, Ulu öndər Heydər Əliyevin 1969-cu ilin 14 iyulunda respublikamızın rəhbərliyinə gəlməsi ən yeni tariximizin dönüş mərhələsinin başlanğıcı olmuş, Azərbaycan dövlətçiliyi ideyasının yaşaması və sonradan yenidən reallaşdırılmasının möhkəm əsaslarını yaratmışdır.O, dahi liderin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən, ictimai-siyasi fəaliyyətindən, respublikanın sosial-iqtisadi və mədəni quruculuq sahələrinin inkişafındakı əvəzsiz rolundan söz açıb.

Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəis müavini Vaqif Alıyev Heydər Əliyevin azərbaycançılıq ideologiyasından söz açıb.

V.Alıyev vurğuladı ki, Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisi, yeni Azərbaycanın yaradıcısıdır. Bu böyük şəxsiyyətin azərbaycançılıq ideologiyası ölkəmizdə yaşayan bütün xalqları və etnik qrupları öz ətrafında birləşdirən, ictimai-siyasi sabitliyə təminat verən vahid milli ideologiyamızın əsasına çevrilmişdir.

Kürdəmir rayon Gənclər və İdman İdarəsini rəis müavini Qalib Baxşıyev çıxışında qeyd edib ki, Ulu öndər Heydər Əliyev hələ 1969-1982-ci illərdə rəhbər olduğu dövrlərdə Azərbaycan dövlətçiliyinin gələcək müstəqilliyinin siyasi- iqtisadi əsaslarını yarada bilmişdi. Həmin dövrdə 1920-ci ildən dəfələrlə Azərbaycan MK-nın dəyişən rəhbərliyi 1969-cu il 14 iyul tarixinə kimi keçirdiyi böhranlı illər bir-birini əvəz edirdi. Ulu öndər Heydər Əliyevin Azərbaycan KP MK-nın I katibi təyin olunduğu 1969-cu il tarixdə yeni dövrün, Azərbaycanın sosial - iqtisadi həyatında inkişafın bünövrəsi qoyuldu. Heydər Əliyevin 1969-cu il avqustun 5-də Azərbaycan KP MK-nın plenumunda etdiyi tarixi çıxış imperiya rəhbərliyini təşvişə salmışdı. Azərbaycan KP MK-nın 5 avqust 1969-cu il plenumunda Azərbaycanın gələcək inkişafının fundamental strateji istiqamətləri müəyyənləşdirildi.

Yevlax rayon Heydər Əliyev Mərkəzinin direktoru Aygün Qasımova çıxışında Azərbaycan dilinin dövlət dili kimi rəsmiləşdirilməsində ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən söz açıb. Qeyd edib ki, bu dahi şəxsiyyət Sovet hakimiyyəti dövründə dilimizin dövlət dili olması tələbi ilə məsələ qaldırmış və 1978-ci ildə Azərbaycan dili dövlət dili kimi Konstitusiyanın ayrıca bir maddəsində əksini tapmışdır.

Hacıqabul rayon Heydər Əliyev mərkəzinin direktoru Aytən Zülfəliyeva

hələ Sovet hökumətinin ən sərt dövründə Heydər Əliyevin Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin əsasını qoyduğunu bu tarixi hadisənin ulu öndərin təşəbbüsü və uzaqgörən siyasəti nəticəsində reallaşdığını diqqətə çatdırıb.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova Heydər Əliyevin hakimiyyəti illəində mədəniyyətin elmin,inkişafına Heydər Əliyevin göstərdiyi qayğıdan, zəhmət adamlarının məişət problemləri ilə maraqlanmasından söz açıb.

Beyləqan rayon Heydər Əliyev mərkəzinin direktoru Xəyalə Kərimova vurğulayıb ki, Ulu Öndərin rəhbərliyi ilə üçrəngli bayrağımızın ilk dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində qaldırılması, SSRİ-nin qorunub saxlanması ilə bağlı keçirilən referendumda Naxçıvan Muxtar Respublikasının iştirak etməməsi, Azərbaycanda ilk milli ordu quruculuğu prosesinə Naxçıvandan başlanılması müstəqil dövlətçilik yolunda atılan uğurlu addımlar idi.

Videokonfransın sonunda Kürdəmir rayon Heydər Əliyev Mərkəzinin direktoru Dürriyə Seyidova tədbiri yekunlaşdıraraq bildirmişdir ki, bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev ümummilli liderimizin siyasi xəttinə sadiq qalaraq müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır. Ulu Öndərin siyasi davamçısı Prezident cənab İlham Əliyevin bu gün sosial-iqtisadi, siyasi və ideoloji baxımdan ölkənin inkişaf etdirilməsində çox uğurlu addımlar atdığını bildirmişdir.

Sonda Dürriyə xanım bu tədbirlərin yüksək siyasi əhəmiyyətə malik olduğunu söyləyib.