“Heydər Əliyev və ana dili siyasəti” adlı mühazirə keçirildi

“Heydər Əliyev və ana dili siyasəti” adlı mühazirə keçirildi

30 iyul 2021-ci il taixində Kürdəmir rayon Tarix diyarşünaslıq muzeyində Kürdəmir rayon Heydər Əliyev Mərkəzininə və Kürdəmir rayon Tarix diyarşnaslıq müzeyi ilə birgə əməkdaşlıq proqramına əsasən 1 avqist Azərbaycan əlifbası gününə həsr edilmiş “Heydər Əliyev və ana dili siyasəti” adlı mühazirə keçirildi.Tədbirdə Kürdəmir Regional Mədəniyyət İdarəsinin N.Nərimanov adına Mədəniyyət Mərkəzinin ,Kürdəmir MKS-nin, Kürdəmir rayon Tarix diyarşünaslıq muzeyinin əməkdaşları ,Kürdəmir rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi N.Həmidova iştirak etdi.

Tədbiri giriş sözü ilə Kürdəmir rayon Tarix diyarşünaslıq muzeyinin direktoru Altay İslamzadə açaraq Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin bütün dövrlərində Azərbaycan dilinin qorunmasındakı fəaliyyətindən bəhs etdi.

Daha sonra Kürdəmir rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi Nanəgül Həmidova “Heydər Əliyev və ana dili siyasəti” adlı mühazirəni tədbir iştirakçılarına təqdim etdi.