“Böyük zəfərin başlanğıc günü “ adlı dəyirmi masa keçirilib

“Böyük zəfərin başlanğıc günü “ adlı dəyirmi  masa  keçirilib

14 iyul 2021-ci il tarixində Kürdəmir rayon Heydər Əliyev mərkəzində Tovuz döyüşlərinin ildönümünə həsr edillmiş “Böyük zəfərin başlanğıc günü “ adlı dəyirmi masa keçirilib.

Dəyirmi masada Kürdəmir rayon Heydər Əliyev mərkəzinin ,Kürdəmir MKS-nin 1 saylı filialının və KOB İnkişaf Mərkəzinin əməkdaşları iştirak edib.

İlk öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda edən şəhidlərimizin ruhu bir dəqiqəlik süktla yad edildi.

Tədbiri giriş sözü ilə Kürdəmir rayon Heydər Əliyev mərkəzinin direktoru Dürriyə Seyidova açaraq 12 iyulda baş verən hadisələri şərh edib. D.Seyidova bildirdi ki, 12 iyul 2020-ci ildə düşmənin Tovuz rayonuna hücumu ilə başlayan döyüşlərdə Azərbaycan Ordusunun General – mayoru Polad Həşimov və daha 11 hərbiçi şəhid oldu. Tovuz döyüşlərində təxribatlar zamanı Azərbaycan Ordusunun bölmələri düşmənin qəfil hücumunun qarşısını qətiyyətlə aldı. Döyüşlər nəticəsində ermənilərin neçə-neçə dayaq məntəqələri dağıdıldı ,bir çox döyüş texnikası sıradan çıxarıldı ,onlarla hərbiçisi məhv edildi.

Tədbirdə iştirak edən KOB İnkişaf Mərkəzinin əməkdaşı Allahverdi Cəbiyev çıxışında Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimovun qəhrəmanlığından və insanpərvərliyindən söz açıb. O bildirib ki, Tovuz döyüşlərində ölümsüzlüyə imza atan şəhidlərimizdən biri də general-mayor Polad Həşimov idi. General-mayor Polad Həşimov həmişə ən ön xətdə, döyüş meydanında əsgərləri ilə bir cərgədə idi. Bu, ali rütbəli hərbçinin sırf vətənpərvərliyindən, cəsurluğundan xəbər verir. Tovuz istiqamətində gedən döyüşlər bir daha sübut etdi ki, Azərbaycan Ordusunun generalları düşmənə qarşı ön sırada, əsgərlərlə bir cərgədə vuruşur, hər an canını Vətən uğrunda fəda etməyə hazırdır. General-mayor Polad Həşimovun bu cəsur davranışı Qarabağı azad edəcək əsgər və zabitlərimiz, gənclərimiz üçün nümunə və milli qürur mənbəyidir.

Tovuz döyüşləri iyulun 17-də Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşıb və heç bir ərazi itkisi olmayıb.

Tədbirin sonunda Kürdəmir rayon Heydər Əliyev Mərkəzi tərəfindən hazırlanmış general –mayor Polad Həşimova həsr olunan “Ölməzlik nümunəsi”adlı videoçarx nümayiş olundu.