“Narkomaniyanın mənəvi və fiziki zərərləri” mövzusunda dəyirmi masa keçirilb

“Narkomaniyanın mənəvi və fiziki zərərləri” mövzusunda dəyirmi masa keçirilb

24 iyun 2021 – ci il tarixində Kürdəmir rayon Heydər Əliyev Mərkəzində “Narkomaniyanın mənəvi və fiziki zərərləri” mövzusunda dəyirmi masa keçirildi.

Tədbiri giriş sözü ilə Heydər Əliyev Mərkəzinin direktoru Dürriyə Seyidova açaraq narkomaniyaya qarşı mübarizədə dövlətin həyata keçirdiyi tədbirlər haqqında məlumat verib. Bildirib ki, “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” ilk dəfə Ümummilli lider Heydər Əliyev tərəfindən fərman imzalanıb. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra bir sıra problemlər kimi narkotizm probleminə qarşı mübarizə tədbirləri görülməsinin vacibliyinin ön plana çəkildiyini, narkomaniyaya qarşı mübarizədə dövlət orqanları ilə yanaşı ictimai təşkilatların fəaliyyəti üçün də lazımi şərait yaradıldığını, dövrümüzün aktual, ağrılı problemi olan narkomaniya və onun fəsadları, ona qarşı mübarizə yolları ilə bağlı əhali, xüsusən də gənc nəsil arasında maarifləndirmə və təbliğat işlərinin mütəmadi olaraq aparılmasının vacibliyini qeyd etdi.

Mərkəzin əməkdaşı Xəyyam Məlikov narkotik vasitələrin insan orqanizminə göstərdiyi mənfi təsirlər və gələcəkdə sağlamlığa törədəcəyi ağır fəsadlar barədə danışıb, yeniyetmə və gəncləri bu zərərli vərdişlərdən uzaq durmağa çağırıb. O, problemin həllində əsas addımlardan birinin təbliğat və maarifləndirmə işini genişləndirmək olduğunu vurğuladı. Bəşəriyyətin ən ağrılı problemlərindən olan, cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya dinindən, dilindən, irqindən, sosial vəziyyətindən asılı olmayaraq, hamı üçün eyni dərəcədə təhlükəli olduğunu qeyd etdi.

Tədbirdə Ərşəli məktəbinin direktoru Əli Orucov Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq olunan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”ndan da bəhs edib. Natiq Ağ ölüm adlandırılan bu bəlanın qurbanlarının bütün dünyada durmadan artığını, narkotikin insan orqanizminə, sağlamlığa, mənəviyyata vurduğu zərərlərdən danışmış, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin umumdövlət işi olmaqla yanaşı umumxalq işi də olduğunu vurğulamışdır.

Tədbirin sonunda narkomaniyanın mənfi nəticələrindən bəhs edən sənədli film nümayiş olundu.