"Heydər Əliyev və Azərbaycan ordusu" adlı mühazirə keçirilib

"Heydər Əliyev və Azərbaycan ordusu" adlı mühazirə keçirilib

25 iyun 2021-ci il taixində Kürdəmir rayon Heydər Əliyev Mərkəzində "Heydər Əliyev və Azərbaycan ordusu" adlı mühazirə keçirilib.

Mühazirədə Kürdəmir rayon Carlı kənd tam orta məktəbinin şagirdləri ,Heydər Əliyev mərkəzinin direktoru Dürriyə Seyidova,mərkəzin bələdçisi Aynurə Mehdizadə, məktəbin müəllimi Vidadi Hüseynov iştirak edib.

Tədbiri giriş sözü ilə Kürdəmir rayon Heydər Əliyev Mərkəzinin direktoru açaraq Azrbaycan Ordusunun yaranması tarixindən ,Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu yolunda uzaqgörən siyasətindən bəhs etdi.

Mərkəzin bələdçisi Aynurə Mehdizadə ilk öncə mərkəzin yaranması tarixindən və gördüyü işlər barədə ətraflı məlumat verdi.Daha sonra “ Heydər Əliyev və Azərbaycan ordusu" adlı mühazirə tədbir iştirakçılarına təqdim olundu.